ABŞ prezidenti seçilmiş Donald Trampın Gürcüstanda inşa layihəsindən çıxdığı bildirilir. Trampın keçmiş biznes tərəfdaşı bunu onun maraqların mümkün toqquşmasına yol vermək istəməməsi ilə izah edib.
Prezident seçilmiş Donald Trampın Trump Organization şirkəti Gürcüstanda 250 milyon dollarlıq inşa layihəsindən çıxdığını bəyan edərək, Amerikanın gələcək liderinin maraqlaqın toqquşmasına yol vermək istəmədiyini bildirib.
Bu haqda Reuters xəbər agentliyinə məlumatı Trampın layihə üzrə keçmiş tərəfdaşı məlumat verib.
Tramp Qara dəniz sahilində Batumi şəhərində 47 mərtəbəli göydələnin inşasında Gürcüstanda inşa layihələrini icra edən Silk Road Group tikinti şirkətinə öz brendindən istifadə etmək hüququ vermişdi. O bu qərarı 2012-ci ilinl aprel ayında elan etmişdi.
Keçən həftə Silk Road Group qərarın nə ilə bağlı olduğunun detallarını açıqlamadan layihənin bağlandığını elan edib.
"Bunun yeganə səbəbi cənab Trampın prezident seçilməsi və bunun maraqların toqquşmasına gətirib çıxara bilməsinə görə bundan sonra xaricdə bizneslə məşğul ola bilməməsi ilə bağlıdır"-deyə Silk Road Group şirkətinin rəhbəri Georgi Ramişvili Reuters agentliyinə bildirib.