Accessibility links

Tramp administrasiyasının H-1B vizasına qoyduğu qaydalardan ikisi ləğv edilib


ABŞ-ın federal hakimi Tramp administrasiyasının xarici ölkələrdən ixtisaslı işçilər üçün tətbiq etdiyi viza qaydalarından ikisini bloklayıb.

Hımin qaydalar şirkətləri H-1B vizası olan işçilərə daha yüksək maaş ödənməsinə və bu vizanın verilməsini məhdudlaşdırır.

Əmək haqqı ilə bağlı qaydalar oktyabr ayında qüvvəyə minib. İxtisas kateqoriyaları üzrə məhdudiyyətlər gələn həftədən başlamalıdır.

ABŞ Bölgə Məhkəməsinin hakimi Cefri Uayt Əmək Nazirliyinin səhvən 30 günlük gözləmə müddətini nəzərə almadığını deyib. Bu müddət adətən qanun qüvvəyə minməzdən əvvəl rəylər və şərhlər tələb olunur.

Uayt administrasiyanın H-1B vizasının koronavirus pandemiyası səbəbindən məhdudlaşdırıldığı barədəki qərarını da ləğv edib.

Milli Təhlükəsizlik Departamenti “COVID-19 pandemiyasının yaratdığı iqtisadi böhran dövründə H-1B viza proqramının bütövlüyünü qoruyub saxlamağın vacib və H-1B vizası olan işçilərin maaşları və iş şəraitlərinə mənfi təsiri olamaması üçün onların daha effektiv təzminatla təmin edilməli olduğunu bildirib.

Lakin hakim onu da əlavə edib ki, administrasiya bununla bağlı qaydaları oktyabr ayına qədər açıqlamadığı üçün iş yerlərinin qorunmasına təcili ehtiyacın olduğu barədə qərar verə bilməyib.

H-1B vizaları ən azı bakalavr dərəcəsi və ya onunla eyni olan yüksək ixtisaslı peşələri əhatə edir. ABŞ hazırda hər il 85 000 əcnəbi işçiyə H-1B vizası verir. Bu, texnologiya, mühəndislik və tibb kimi ixtisas kateqoriyalarında olan xarici işçilərin müvəqqəti işlə təmin olunmasına imkan verir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG