Accessibility links

Tramp dünya ölkələrində ABŞ hərbi qüvvələrinə Milad təbriklərini çatdırıb


ABŞ prezidenti Donald Tramp Floridada Mar-a-Laqodakı iqamətgahında video bağlantı vasitəsilə hərbi qüvvələrin üzvlərinə Milad təbriklərini çatdırır, 24 dekabr 2017
ABŞ prezidenti Donald Tramp Floridada Mar-a-Laqodakı iqamətgahında video bağlantı vasitəsilə hərbi qüvvələrin üzvlərinə Milad təbriklərini çatdırır, 24 dekabr 2017

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların dünya ölkələrində yerləşdirilmiş hərbi qüvvələrinə Milad bayram münasibətilə təbriklərini göndərib.

Tramp Milad günü ərəfəsi Floridada bayram mövsümü qaldığı iqamətgahından ABŞ ordusu, hərbi dəniz qüvvələri, hərbi hava qüvvələri, dəniz piyadaları və sahil xidmətinin Qətər, Küveyt və Kubada Quantanamoda yerləşdirilmiş üzvlərinə video bağlantı vasitəsilə təbriklərini çatdırıb.

ABŞ prezidenti hərbi qüvvələrin üzvlərinə amerikalıların onlara və onların ailələrinə minnətdar olduqlarını deyib.

Tramp Birləşmiş Ştatlarda qasırğa mövsümü minlərlə insanın həyatını xilas etdiyinə görə ABŞ-ın Sahil Mühafizə Xidmətindən bir daha razılığını ifadə edib.

O, hərbi qüvvələrin üzvlərinə deyib ki, “hər bir amerikalı onlara ürəkdən təşəkkür edir və Tanrıdan onların və onların ailələrinin üstündə olmasını istəyir.”


XS
SM
MD
LG