Accessibility links

Donald Tramp Rusiyanın hakerliyi ilə bağlı iddalara əsasən 90 gün ərzində hesabat hazırlanacağına vəd verib


ABŞ-ın növbəti prezidenti Donald Tramp bu gün Tweet hesabında Rusiyanın hakerliyi ilə bağlı iddalara əsasən 90 gün ərzində hesabat hazırlanacağına vəd verib.

Rusiyanın bununla bağlı heç bir məlumata malik olmadığını deyən Tramp onun haqda məlumatlar yayan "ikrah doğuran siyasi operativlər", "siyasi opponentlər", və "kəşfiyyatı" ittiham edib.

Hakerlik məlumatı

ABŞ-ın kəşfiyyat rəsmiləri Rusiyanın hakerlik və sənədlərin sızdırılması ilə 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyini təsdiqləyib.

Cari həftənin əvvlində BuzzFeed rəqəmsal media Trampın Moskvaya səfəri və Rusiya hökumətinin illərdir Trampı dəstəklədiyi, yardım etdiyi barədə məlumat yayıb.

Məlumatda iddia edilən digər faktlar təsdiq edilməyib. Bunlara Trampın vəkili Maykl Kohenin Çex respublikasında Rusiya agentləri ilə görüşdüyünə dair iddialar da daxildir.

Kohen müxbirlərlə söhbəti zamanı heç vaxt o ölkəyə səfər etmədiyini bildirib. Çix respublikasının kəşfiyyat rəsmiləri Kohenin ölkəyə daxil olduğuna dair heç bir məlumata malik olmadıqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG