Accessibility links

Trampın Hindistan səfəri böyük nikbinliklə başa çatıb


ABŞ prezidenti və Hindistanın baş naziri Amerikanın Hindistanla 3 milyard dollarlıq hərbi avadanlıq satışı barədə razılıq əldə edəcəyini bildirib.

"Baş nazir Modi iqtisadi əlaqələrin ədaləti və qarşılıqlı olmasına səy göstərir. Bizim komanda əhatəli ticarət razılığının hazırlanmasında böyük nailiyyət əldə edib. Mən hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən razılığın əldə ediləcəyinə nikbinəm” - deyə, ABŞ dövlət başçısı bildirib.

Donald Trampın Hindistana səfərinin son günü tərəflər arasında görüş keçirilib. ABŞ dövlət başçısı deyib ki, Hindistanla əlaqələr heç vaxt görünməmiş qədər güclü olacaq.

O, Hindistanın uğurlu demokratiyasını yüksək alqışlarayaq, hər iki ölkənin terrorizmlə mübarizədə birgə çalışacağını deyib.

Tramp deyib ki, Vaşinqtonla Dehli arasında ticarət əlaqələri gücləndiriləcək.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Hindistanı dronlardan tutmuş helikopterlərə, raket sistemlərinə qədər “ən yaxşı hərbi avadanlıq”la təchiz etməyə hazırdır.

O, iki ölkə arasında kosmik əməkdaşlığı da genişləndirməyi səbirsizliklə gözlədiyini Modi də potensial ticarət sövdələşmələri barədə nikbin danışıb. O, hər iki ölkəni “təbii tərəfdaş” adlandırıb və onların Sakit okeanı hövzəsində sülh inkişaf və təhlükəsizliyin təmin edilməsinə yardım edəcəyinə söz verib.

Trampın səfərini yüksək qiymətləndirən Modi bunun ölkələr arasında yeni səhifə açdığını deyib.

ABŞ prezidenti və birinci xanım Melania Tramp bazar ertəsi Sardar Patel stadionunda təşkil edilən “Trampa salam” mərasiminə qatılıb.

"Bizim sərhədlərimiz terrorizm, terrorçular və ekstremizmin hər növünə daim bağlı olacaq", Tramp deyib.

Çərşənbə günü Tramp və Melania Trampı Mahatma Qandi memorialında keçirilən anım mərasimində prezident Ram Nat Kovind qarşılayıb.

Tramp Hindistana səfər edən 4-cü ABŞ prezidentidir.

XS
SM
MD
LG