Accessibility links

Donald Tramp Honq Konqda nümayişləri dəstəkləyən iki sənədə imza atıb


ABŞ prezidenti Donlad Tramp Honq Konqda demokratiya tərəfdarı nümayişlərlə bağlı iki sənədə imza atıb.

Nümayəndələr Palatası və Senat bu qərarları demək olar ki, yekdilliklə təsdiq edib.

Qanunlardan biri Dövlət Departamentindən hər il Çinin Honq Konqun kifayət qədər müxtariyyətini təmin etməklə, ticarət statusunu saxlamasına nəzarəti tələb edir. Əks təqdirdə, Çin rəsmilərinə sanksiyalar tətəbiq edilə bilər.

İkinci qanun Honq Konq polisinin nümayişçilərə qarşı istifadə etdiyi gözyaşardıcı qaz, rezin güllələr, bibər balonları və digər qeyri-öldürücü silahların ixracını yasaqlayır.

Cümə günü Çinin xarici işlər nazirinin müavini Le Yunçen ABŞ səfiri Terri Branstadı çağıraraq, ABŞ-ın Çinin daxili işlərinə müdaxilə etməməsini istəyib.

Səfirin prezidentin qanunları imzalamasından dərhal sonra çağırıldığı bildirilir.

Tramp çərşənbə axşamı Fox News-s Çinin prezidenti Şi Tsinpini özünə dost adlandırıb. Prezident deyib ki, o, inanılmaz bir şəxsiyyətdir.

Lakin Trampın iki dəfə Honq Konq nümayişlərini iğtişaş kimi qiymətləndirməsi etirazçıların qınağına səbəb olub. Onlar bu sözlərin Çinin mənafeyinə xidmət etdiyini bildirib.

ABŞ dövlət başçısı üzərinə Pekinin Honq Konqa əlavə 1 milyon əsgər göndərməsinin qarşısını alacağına dair cavabdehlik də götürüb. Prezident bunun ticarət müzakirələrinə həlledici təsir göstərəcəyi ilə hədələyib.

Honq Konq qanunvericiləri hökumətə qarşı etirazlara səbəb olan ekstradisiya qanununu tamamilə ləğv edib. Lakin iyun ayından etirazlar səngimək bilmir.

XS
SM
MD
LG