Accessibility links

Trampın hakimiyyəti altında immiqrantların həbslərinin sayı artıb


Prezident Donald Trampın hakimiyyətdə olduğu ilk 100 gün ərzində ABŞ-da 41,318 nəfər ölkədə qeyri-leqal yaşamaq ittihamı ilə həbs olunub. Keçən ilin ilk 3 ayında bu göstərici 30,028 nəfər idi.

Leqal statusu olmasa belə heç bir cinayət əməli törətməyən insanların həbs olunma faktları Trampın prezident olaraq fəaliyyətə başladığından bu yana 150 faiz artıb.

Mühacirət və Gömrük Administirasiyasından David Marin: "Əgər biz istəsək daha çox insanı həbs etmək gücünə sahibik. Amma bizim üçün vacib olan cinayətkarları həbs etməkdir və bütün gücümüzü də buna sərf edirik".

Meksikalılar icmasının direktoru Françisko Moreno: "Mühacirət və Gömrük Administirasiyasının yalnız cinayətkarları həbs etdiyi faktı yalnışdır. Onlar cinayətkar olmayan adi insanları da hədəf alırlar. Sadəcə cinayətkarları yox. Əgər mən 20 il öncə səhv edərək sərxoş vəziyyətdə avtomobil idarə etdiyimə görə cəza almışamsa, bu indi məni cinayətkar edir. Mən belə düşünürəm ki, bu haqsızlıqdır".

Yanvar ayında Tramp hakimiyyətə gəldikdən sonra imzaladığı ilk sərəncam immiqrasiya hüquq-mühafizə orqanlarının fəaliyyətinin dəyişidirilməsi olmuşdu.

Tramp həm seçkilər öncəsi kampaniyasında, həm də prezidentlik dövründə immiqrantları cinəyətkar adlandıraraq, onların ölkədən deportasiya olunması barədə çağırışlar edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG