Accessibility links

Tramp immiqrasiya qanununun təsdiqinə çalışır [Video]


Tramp immiqrasiya qanununun təsdiqinə çalışır
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Saxlama düşərgələri buradan 3000 km uzaqlıqdakı Vaşinqtonda milli qəzəbə səbəb olub. Tramp ABŞ sərhədində mühacir ailələrin bir-birindən ayrılmasına görə Demokratları günahlandırıb və bu problemin həll edilə biləcəyini bildirib.

“Doğrunu etmək üçün bizim bir şansımız var. Bizim bunu doğru etmək və ya olduğu kimi saxlamaq şansımız var. Biz bu problemi, ailə ayrılığını həll edə bilərik." - deyə, Tramp bildirib.

Ancaq özünün immiqrasiya planının əsasında hazırlanan qanunvericiliyi dəstəkləməməsindən sonra Respublikaçılar göndərəcəkləri qanunun Tramp tərəfindən imzalanacağına əmin olmaq istəyirlər.

Respublikaçı rəhbərliyin sözlərinə görə, bu qanun layihəsi sərhəd təhlükəsizliyinin artırılması və ABŞ-a uşaq gətirən gənc, sənədsiz immiqrantlar üçün daimi yaşamağı təmin edəcək, valideynlərlə uşaqların ayrılmasına son qoyacaq.

Demokratlar isə bunun təmamilə yalan olduğunu deyir.

“Onlar ailələri yeni həbsxanalara dolduracaq qanun layihəsini ailə ayrılığına son qoyacaq qanun kimi tanıtdırmağa çalışırlar." - deyə, Demokrat Mişel Qrişam bildirib.

Qanunvericilər isə cümə axşamı ailələrin ayrılma problemini həll etmək üçün qanun layihələrinin kifayət olub-olmamasına qərar verə biləcəklər.

XS
SM
MD
LG