Accessibility links

Tramp koronavirusa görə məhdudiyyətləri aprel ayının sonuna qədər uzadıb


Prezident Donald Tramp bazar günü səhiyyə üzrə baş məsləhətçisinin 100 mindən çox amerikalının koronavirusdan ölə biləcəyi barədə xəbərdarlığından sonra iqtisadiyyatın inkişafı üçün aprelin ortalarında işə çıxmaqla bağlı kəskin tənqid edilən planını ləğv edərək, evdə qalma qaydalarını aprel ayının sonuna qədər uzadıb.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Trampın çərşənbə axşamı daha ətraflı açıqlanacağı yeni qərarının ABŞ-da tənəffüs xəstəliyindən 2,460 nəfərin öldüyü və ABŞ-da virusa dünyada ən çox 141 000 yoluxma halının qeyd edildiyi vaxta təsadüf edir.

"Ölüm hallarının ən yüksək zirvəsinin iki həftə içərisində olacağı ehtimalı var" - deyə, Tramp Ağ Evin bağçasında keçirilən koronavirusla bağlı brifinqdə bildirib.

O, üzünü amerikalılara tutaraq, "siz nə qədər yaxşı iş görsəniz, bu kabusun sonu daha olacaq" deyib.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi bazar günü CNN kanalına verdiyi açıqlamada pamdemiyanın gücü azalmadığı təqdirdə ABŞ-da 100 minlə 200 min arasında insanın ölə biləcəyini deyib.

Xəstəliklərə Nəzarət və Profiklaktika Mərkəzinin bildirdiyinə görə, 2010-cu ildən bəri qrip nəticəsində hər il 12 minlə 61 min arasında amerikalı həyatını itirib. 1918-ci ildə qrip pandemiyası zamanı Birləşmiş Ştatlarda 675 min insan həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG