Accessibility links

Tramp İranı daha necə cəzalandıra bilər


Birləşmiş Ştatlar prezidenti Donald Tramp çərşənbə günü ABŞ-ın İranın generalı Qasım Süleymaninin öldürülməsinə görə qisas alaraq, İraqın Amerika personalı olan iki bazasını raket atışinə tutmasından dərhal sonra İrana "əlavə cəza" tətbiq edəcəyini bildirib.

"Bu sanksiyalar İran davranışını dəyişdirməyənə qədər qalacaq" - deyə, Tramp Ağ Evdən etdiyi televiziya çıxışı zamanı bildirib.

Ancaq İran ildə milyardlarla dollara başa gələn ağır bir sanksiya rejimi altındadırsa, belə bir sual, Tramp administrasiyası Tehrana hansı əlavə cəzalar tətbiq edə bilər?

"Bu, çox yaxşı bir sualdır, çünki İran iqtisadiyyatının hər bir sahəsi hazırda çox güclü sanksiyalarla üzləşir" - deyə, Konqres partiyasız Tədqiqat Xidmətinin İran üzrə aparıcı təhlilçisi Kennet Katsman bildirir. "Buna görə də düşünürəm ki, özüm də daxil olmaqla, mütəxəssislər daha çox nəyin edilə biləcəyi ilə maraqlanır. Həqiqətən, nə lazımdırsa edilib, daha ağır cəza üçün demək olar ki, heç nə qalmayıb" - deyə, o əlavə edib.

Katsmanın sözlərinə görə, hazırda sanksiyalardan azad edilmiş İranın təbii qaz ixracatı hədəf alına bilər, lakin bu, Birləşmiş Ştatların müttəfiqi Türkiyə kimi alıcılara zərər verəcək. Digər bir seçim mövcud sanksiyaların sərtləşdirilməsidir, baxmayaraq ki, bu, İranla işləmək istəyən şirkətlərin müqaviməti ilə də üzləşə bilər.

İrana qarşı uzun müddətdir tətbiq edilən sanksiyaların tərəfdarları əlavə cəza fikri ilə razıdırlar.

"Birləşmiş Ştatların xüsusən də ali dini rəhbər (Ayətulla Əli Xameneyi) və İslam İnqilabı Keşikçiləri Korpusunun aktivləri ilə əlaqəldar əlavə fikirləri var. Əsasən bu ikisinin hədəf alınması İran xalqını xilas etməklə yanaşı, rejimi əlavə təzyiq altına salacaq" - deyə, İran rejiminə qarşı sanksiyaları çoxdan müdafiə edən, Demokratıyanı Müdafiə Fondundan təhlilçi Enni Fiksler bildirir.

Ağ Ev prezidentin açıqlaması ilə bağlı heç bir şərh verməyib. Maliyyə Nazirliyinin nümayəndəsi də əlavə sanksiyaların nəzərdən keçirilməsi barədə məlumatının olmadığını deyib.

XS
SM
MD
LG