Accessibility links

Tramp İran xalqına yeni dəstək vəd edir


ABŞ prezidenti Donald Tramp ölkənin hər yerində hökumət əleyhinə günlərdir davam edən etirazlardan sonra İran dövlət mediasının on minlərlə hökumət tərəfdarının nümayişlər keçirdiyi haqda məlumat verdiyi vaxt İran xalqına çərşənbə günü yenidən dəstək bildirib.

Tramp İranda hökumət əleyhinə etirazlarla bağlı Twitter səhifəsində daha bir şərh yazaraq, “İran xalqına korrupsiyalaşmış hökumətini geri çağırmağa çalışdığına görə böyük ehtiram bəslədiyini” bildirib.

“İran xalqına öz korrupsiyalaşmış hökumətini geri çağırdığı vaxt böyük ehtiram. Siz Birləşmiş Ştatların münasib zamanda böyük dəstəyini görəcəksiniz!”, Tramp yazıb.

İranın dövlət televiziyası ilə əllərində İran bayraqları olan insanların Ali dini lider Ayətullah Əli Xameneyiyə dəstək şüarları səsləndirən kütlə nümayiş etdirilib.

Qum, Əhvaz, Kirmanşah və başqa şəhərlərdə keçirilən nümayişlərdə insanlar “Rəhbər, biz hazırıq” kimi şüarlar bağırıb, əllərində üzərində “Üsyançılara ölüm” yazılmış plakatlar tutub.

İran prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdğana İranda etirazların bir neçə gün ərzində sona çatacağına ümid bəslədiyini deyib. Türkiyənin bildirdiyinə görə, iki lider arasında çərşənbə günü telefon söhbəti olub.

XS
SM
MD
LG