Accessibility links

Tramp: İsrail və Fələstin liderləri sülhün əldə olunmasına hazırdır


ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu və onun xanımı Sara Netanyahu və ABŞ-ın birinci xanımı Melaniya Tramp Qüdsdə Yad Vaşem Holokost qurbanlarının xatirə memorialında
ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu və onun xanımı Sara Netanyahu və ABŞ-ın birinci xanımı Melaniya Tramp Qüdsdə Yad Vaşem Holokost qurbanlarının xatirə memorialında

ABŞ prezidenti Donald Tramp İsrail və Fələstin liderlərinin sülhün əldə olunmasına hazır olduğunu bəyan edib.

Tramp bunu İsrailin baş naziri Benyamin Netanyahu ilə İsrail muzeyini ziyarət edən zaman bildirib. Amerika prezidenti bazar ertəsi Benyamin Netanyahu ilə danışıqlar aparıb. Bu gün isə İordan çayının Qərb sahilində Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla bir saat sürən danışıqlardan sonra Tramp yenidən baş nazir Netanyahu ilə görüşüb.

ABŞ prezidenti Donald Tramp və Fələstin prezidenti Mahmud Abbas
ABŞ prezidenti Donald Tramp və Fələstin prezidenti Mahmud Abbas

"Biz bilirik ki, keçmişin ağrısı və fikir ayrılıqlarını bir kənara qoyub, az qala yarım əsrdir sürən böhranı nəhayət birlikdə həll etmək işinə başlasaq sülhün əldə edilməsi mümkündür", Tramp muzeydə etdiyi çıxışında bildirib. O əlavə edib ki, israillilər və fələstinlilər razılıq əldə edə bilərlər.

Trampın açıqlamalarında Fəlsətinlilər üçün əsas məqamlar olan İsralin "işğalı" və "iki dövlət prinsipi" qeyd edilməyib.

Biz bilirik ki, keçmişin ağrısı və fikir ayrılıqlarını bir kənara qoyub, az qala yarım əsrdir sürən böhranı nəhayət birlikdə həll etmək işinə başlasaq sülhün əldə edilməsi mümkündür
Donald Tramp

Həm respublikaçı, həm də demokrat administrasiyalar zamanı Yaxın Şərq sülh prosesində ABŞ-ın vasitəçisi olan Aaron Deyvid Miller prezidentin açıqlamalarını belə dəyərləndirib: "ABŞ-ın heç bir prezidenti münaqişəni sona çatdıracaq sülh razılaşması ilə bağlı bu qədər az perspektiv, ya da uğur olduğu halda belə inam ifadə etməyib."

Bu gün prezident Trampla görüşdən sonra açıqlama verən Mahmud Abbas İsrailin işğalı, yəhudi yaşayış məntəqələrinin inşası və İsrailin gələcək fələstin dövlətinin tanınmasının fələstinlilər üçün fundamental problemlər olduğunu deyib.

"Problem iudaizm deyil, işğaldır", Mahmud Abbas əlavə edib.

Tramp Yaxın Şərqə sülhün gətirilməsi üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.

ABŞ prezidenti İsrailə bazar ertəsi günü Səudiyyə Ərəbistanına iki gün sürən səfərindən sonra gəlib. Səudiyyə Ərəbistanı kralı Salman Trampı Ər-Riyadın İsrail və fələstinlilər arasında sülh istədiyinəəmin.

XS
SM
MD
LG