Accessibility links

Tramp Müstəqillik Günü mərasimlərinə yeni çalar qatır


Son rəy sorğularına görə, amerikalılar prezident Trampın iyulun 4-də Müstəqillik Günü münasibəti ilə ictimaiyyət qarşısında çıxış etməsinin əleyhinə deyil.

Respublikaçıların 81, müstəqillərin 55, demokratların isə 27 faizi buna müsbət rəy verib.

Bəzi tarixçilər isə prezidentin 2020-ci il prezident seçkilərindən öncə partiyasının siyasətini bu ilin mərasimlərinə yeritdiyini düşünür.

“Prezident mərasimləri millilikdən çıxarıb, özünə həsr edir” - deyə, Kornell universitetinin tarix üzrə professoru Bet Norton bildirib.

​Amerikanın Tarix Assosiasiyasının icraçı direktoru Cim Qrossman isə hesab edir ki, prezident bayram mərasimlərinə qatılmaqla onların təbiətini dəyişir. O deyir ki, bu dəyişikliklər mərasimləri demokratiyadan uzaqlaşdırır və onları daha çox partiya təmayüllü edir.

Tramp bu il əlavə atəşfişanlığa göstəriş verib.

Ənənəvi Müstəqillik Günü Paradı və Kapitoli bağçasında konsert proqramı ənənəsi davam etdiriləcək.

ABŞ-ın 243-cü Müstəqillik Günü Amerikanın müdafiəsi uğrunda canlarından keçənlər anılacaq.

Bəzu qrupların etiraz aksiyasına icazə verilib. Onlar prezidentin 4 iyul mərasimlərinin yerini və proqramlarını dəyişməsinə etiraz edəcəklərini deyir.

Prezidentin “Amerikanı salamlaması " hərbi nümayiş, orkestrların sədaları və hərbi təyyarələrin uçuşları ilə müşayiət ediləcək.

Tramp şəhərə tankların da yerləşdiriləcəyini bildirib.

Tramp 2017-ci ildə Parisdə keçirilən Bastiliya Günü paradından sonra ilhama gəlib. Onun Pennsilvaniyada Veteranlar Günü münasibəti ilə parad keçirilməsi təklifi 92 milyon dollara başa gələcəyi təxminlərinə görə qəbul edilməmişdi.

ABŞ dövlət başçısının çıxışının da vətəndaşlar və Müstəqillik Bəyannaməsinə zidd olaraq, müvəqqəti ölkə başçısına həsr ediləcəyi gözlənilir.

Paytaxt Vaşinqton və federal hökumətin mərasimlərə nə qədər vəsait ayırdığı bəlli deyil. Lakin şəhər rəsmiləri Trampın inaqurasiyaya xərclədiyi 7 milyon dolları hələ ödəmədiyini deyir.

XS
SM
MD
LG