Accessibility links

Tramp kampaniyaya yeni impuls verməyə çalışır


Respublikaçı namizəd Donald Tramp Viskonsin ştatında Ted Kruza məğlub olduqdan sonra doğma Nyu-Yorkda kampaniya aparır.

Tərəfdarları qarşısında danışan Tramp Kruzun əvvəlki debatların birində Nyu-York haqda dediklərini qınayıb.

“Bu ölkədə 11 sentyabr hücumlarına bənzər heç bir hadisə baş verməyib. Bu, Birləşmiş Ştatlar tarixində ən dəhşətli bir hücumdur. İnsanlar olmazın şücaət göstəridlər, biz hamımız bunu yaşadıq. İnsanlar həyatını itirdir. Və bu adam yanımda durub mənə baxa-baxa üzündə nifrət Nyu-York haqda danışır. Ona görə də siz bu adamı unutmalısınız.”

Kruz Nyu-York haqda dediklərinin əsas etibarilə liberal siyasətçilərə aid olduğunu bildirsə də, nyu-yorklular bunu təhqir kimi qəbul ediblər.

Republikaçı namizədlər Donald Trump (solda) və Ted Kruz (sağda)
Republikaçı namizədlər Donald Trump (solda) və Ted Kruz (sağda)

Lakin Tramp kimi Vistkonsin ştatında milyarder biznesmen üzərində qələbə çalmış Kruzu da Nyu-Yorkda qarşılayan tərəfdarları olub.

“Bu, bütün seçki prosesində dönüş nöqtəsi olub və biz artıq ikinci həftədir dörd ştatda Donald Tramp üzərində bir daha qələbə çalırıq.”

Lakin rəy sorğuları Nyu-Yorkda aprelin 19-da mühüm praymeridən əvvəl Trampa hələ də dəstəyin həm Kruz, həm də digər respublikaçı namizəd, Ohayo qubernatoru Con Keysiçdən daha artıq olduğunu göstərir.

Bu arada, Demokrat partiyasından prezidentliyə namizədlər Berni Sanders və Hillari Klinton arasında rəqabət daha kəskin şəkil alır. Sanders və Klinton prezidentliyə hansı namizədin daha layiq olduğu məsələsində bir-birinə qarşı hücuma keçib.

Sanders bu həftə Viskonsin ştatında Klinton üzərində qəlbə çalıb. Lakin Klinton hələ də partiya qurultayında nümayəndələrin sayına görə Sandersdən irəlidədir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG