Accessibility links

Tramp: “Kim Conq Un ilə görüşün vaxtı və yeri məlumdur”


ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, Şimali Koreya lideri Kim Conq Un ilə planlaşdırılan görüşün yeri və vaxtı müəyyən edilib.

Texas ştatının Dallas şəhərinə yola düşən Tramp müxbirlərə bildirib ki, Vaşinqton və Pxenyan əsaslı danışıqlara cəlb olunublar.

ABŞ prezidenti Donald Tramp: “Düşünürəm ki, siz yaxşı şeylər görəcəksiniz. Səyahət hazırlıqları da artıq görülüb. Biz tarix və yeri bilirik. Tezliklə elan edəcəyik.”

Tramp “girovlarla bağlı məsələlərdə də artıq yeni şeylər baş verib” deyərək, Şimali Koreyanın tezliklə üç amerikalı girovun azadlığa buraxıla biləcəyinə işarə edib.

Üç koreya əsilli amerikalı Şimali Koreyada saxlanılır. Toni Kim və Kim Haq Sonq Pxenyanın Elm və Texnologiya Universitetində dərs deyirdilər. Onlar 2017-ci ildə dövlət əleyhinə fəaliyyətdə ittiham edilərək, həbs olunublar.

Üçüncü girov – Kim Donq Çul isə 2015-ci ilin oktyabr ayında casusluq ittihamı ilə həbs edilib və 2016-cı ildə məhkəmənin qərarı ilə 10 illik müddətə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG