Accessibility links

Tramp Kim Conq Unla görüş üçün demilitarizasiya zonasını təklif edir


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unla planlaşdırıılmış görüşün Şimali və Cənubi Koreya arasında demilitarizasiya zonasında keçirilməsini təklif edib.

“GÖRÜŞ üçün bir sıra ölkələr nəzərdən keçirilir, amma Cənubi və Şimali Koreya sərhədindəki `Sülh evi` hansısa üçüncü ölkədən daha rəmzi, daha vacib və yaddaqalan yer olmazdımı?”, Tramp Twitter səhifəsindəki mesajında yazıb.

Amerika lideri şənbə günü Cənubi Koreya prezidenti Mun və Yaponiyanın baş naziri Abe ilə telefon danışıqarından sonra həftə sonu Kim Yonq Unla mayın sonu, ya da iyunun əvvəlinə planlaşdırılmış görüşlə bağlı nikbinliyini ifadə edib.

Twitter səhifəsində yazdığı mesajında Tramp Munla “çox gözəl söhbət” apardığını və Abeni Kimlə planlaşdırılmış zirvə görüşü ilə bağlı məlumatlandırdığını bildirib.

ABŞ-ın yüksək səviyyəli rəsmiləri son zamanlar Koreya yarımadasında on illərdir sürən düşmənçiliyə son qoyula biləcəyi ilə bağlı artan nikbinliklərini ifadə edir.

Şimali Koreya Kim Conq Un və Cənubi Koreya lideri Mun Cae zirvə görüşü 27 aprel, 2018.
Şimali Koreya Kim Conq Un və Cənubi Koreya lideri Mun Cae zirvə görüşü 27 aprel, 2018.

Keçən həftənin cümə günü Cənubi Koreya prezidenti Mun Cae və Şimali Koreya lideri Kim Conq Un arasında tarixi görüş baş tutdu. Koreyalararası zirvə görüşü cümə günü səhər Şimali Koreya lideri Kim Conq Unun tarixi addım ataraq, Koreyaları 60 il ərzində ayıran hərbi demarkasiya xəttini keçməsi ilə başladı. İki lider Şimali Koreya yarımadasından bütün nüvə silahlarının aradan qaldırılmasına və Koreya müharibəsinə rəsmən son qoymaq üçün danışıqlara başlamağa söz verib. Şimali Koreya bundan əvvəl də nüvəsizləşdirilmə ilə bağlı vədlər verib, lakin onlara əməl etməyib.

Tarixi görüş rəqiblər arasında 1950-1953-ci illərdə Koreya müharibəsindən sonra keçirilən üçüncü zirvə görüşüdür.

Cənubi Koreya rəsmiləri bazar günü bildiriblər ki, Kim Conq Un nüvə testi obyektlərinin bağlandığını müşahidə etmək üçün may ayında ekspertlər və jurnalistləri Pxenyana dəvət edəcəyini deyib.

XS
SM
MD
LG