ABŞ prezidenti Şimali Koreyanın nüvə ambisiyalarını nümayiş etdirdiyi bir vaxt o ölkənin lideri ilə görüşməyin ona şərəf olacağını deyib.
Bloomberg News-a müsahibəsi zamanı Donald Tramp bəyan edib ki, Kim Jonq Unla normal şərtlər altında görüşə bilər və bunu böyük məmnuniyyətlə edər.
Tramp əlavə edib ki, siyasətçilərin əksəriyyəti bunu deməzdi, amma mən bir daha deyirəm ki, nomal şərtlər altında müzakirələrə hazıram.
Daha sonra Ağ Evin mətbuat xidmətinin rəhbəri Şon Spayser Tramp-Kim görüşünün gündəmdə olmadığını deyib. Sözçü bildirib ki, görüş Şimali Koreyanın provokativ davranışını dayandırmayınca baş tuta bilməz.
Şimali Koreya şənbə günü daha bir ballistik raketi sınaqdan keçirib. Raket yer üzərində partlayıb.
Raket Şimali Koreya hüdudlarını tərk etməyib.
Sınaqdan keçirilən raketin KN-17 olduğu güman edilir. KN-17 yerdə qərargahlanan bərk mayeli raketdir ki, mobil qurğudan atılır.