Accessibility links

Tramp və Klinton son praymerilərin qalibləridir [VİDEO]


Tramp və Klinton son praymerilərin qalibidir
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Tramp və Klinton praymerilərin qalibidir

Respublikaçı Donald Tramp və demokrat Hillari Klinton ABŞ prezident seçkilərində beş böyük ştatda praymerilərin qalibi olub. Trampın Florida ştatında qələbəsi onun rəbiqi Marko Rubionun kampaniyasını dayandırması il nəticələnib. Qubernator Con Keysiçin doğma Ohayo ştatında qələbəsi isə onun Ağ Ev uğrunda mübarizəni davam etdiməsi deməkdir.

ABŞ prezidentliyinə respublikaçı namizədlər arasında irəlidə gedən Donald Tramp Florida, Şimali Karolina və İllinoys ştatlarında qələbə çalıb.

Donald Tramp: “Biz qələbə əldə edəcəyik və bundan vacib odur ki, biz yenidən qələbə çalmağa başlayacağıq. Bu ölkədə yenidən qələbələr çalacaq. Biz indi qələbə əldə etmirik.”

Milyarder iş adamı Trampın Floridada qələbəsi ştatı təmsil edən senator Mark Rubio üçün böyük zərbə oldu.

Seçki kampaniyasını dayandırdığını elan edən Rubio respublikaçı öncül namizədlə bağlı xəbərdarlıqla çıxış etdi.

Marko Rubio: “Amerikanın qorxu, qəzəb, insanların uğursuzluqlarının göstərilməsi deyil, prinsiplər və ideyalar üzərində qurulmuş canlı mühafizəkar bir hərəkata ehtiyacı var.”

Praymerilərdə uğur qazanan daha bir siyasətçi Ohayo ştatının qubernatoru Con Keysiçdir. Onun öz ştatında qələbəsi prezident seçki kampaniyasının davam etdiriləcəyi və iyul ayında Respublikaçıların milli qurultatında mümkün nominasiya şanslarının saxlanması deməkdir.

Con Keysiç: “Biz bir addım irəli gedirik və mən sizə xatırlatmaq istəyirəm ki, ən yüksək vəzifə uğrunda aşağıdan gedən bir yol tutmayacam.”

Respublikaçılar partiyasından üç namizəddən biri olan Ted Kruz özünü Trampın əsas rəqibi hesab edir.

Ted Kruz: “İrəli getdikdə bir məsələ tamamilə aydındır. Sizə sizin dəyərləri bölüşən bir namizəd lazımdır, yoxsa on illərdir sizin dəyərlərinizin əleyhinə olan namizəd?”

Demokrat partiyasından namizədlər arasında irlidə gedən Hillari Klinton bütün beş ştatda rəqibi Berni Sanders üzərində qələbə çalıbş

Florida ştatında tərəfdarları qarşısında çıxışında keçmiş dövlət katibi Donald Trampla fikir ayrılıqlarına diqqət çəkib.

Hillari Klinton: “Biz bir-birimizə hay-küy və fanatizm deyil, hörmət, mərhəmət və hətta sevgi ilə yanaşmalıyıq. Bir-birimizi yuxarı qaldırmaq əvəzinə aşağı çəkiriksə, bir yerdə heç bir iş görə bilmərik.”

Berni Sanders mübarizəni davam etdirməyə söz verib.

Berni Sanders: “Kampaniya ona görə yaxşı gedir ki, biz zəngin kampaniya donorları deyil, Amerika xalqını dinləyirik.”

Hillari Klinton Demokrat partiyasından nominasiya almaq üçün irəliyə doğru mühüm addım atıb və Sanders partiya qurultayında nümayəndələrin sayına görə ondan xeyli geri qalır.

XS
SM
MD
LG