Accessibility links

Tramp: Ceyms Komidən heç vaxt keçmiş müşaviqi Maykl Flinnin təhqiqatının dayandırılmasını istəməmişəm


ABŞ prezidenti Federal Kəşfiyyat Bürosunun (FBİ) sabiq direktoru Ceyms Komidən heç vaxt keçmiş müşaviqi Maykl Flinnin təhqiqatının dayandırılmasını istəmədiyini bildirib.

ABŞ-ın kəşfiyyat agentlikləri Rusiyanın sosial mediada seçki ilə bağlı saxta xəbərlərin yerləşdirilməsi və Trampın demokrat rəqibi olan Hillari Klintonun kampaniyasının elektron poçtuna haker hücumları da daxil olmaqla,iyun ayında ABŞ seçkilərinə müdaxilə kampaniyası apardığı haqda nəticə çıxarıb.

Komi ötən may ayında bu məsələ ilə əlaqədar vəzifəsindən kənarlaşdırılıb.

Donald Tramp deyib ki, Komi iyun ayında Konqresdə ifadə verərkən prezidentin ona Flinni narahat etməməyini istədiyini deməsi ilə yalan söyləyib.

Tramp Flinnin FBİ agentlərinə Rusiya səfiri Sergey Kislyakla bir il öncə, Trampın hakimiyyətə gəlməsindən bir neçə həftə qalmış görüşdüyü barədə yalan söylədiyini etiraf etməsindən iki gün sonra tvit edib.

Тramp bir neçə tvitdə KİV-ləri yalan xəbərlər yaymaqda günahlandırıb. O, təhqiqatda daha əvvəl Klintona məktub yazan agentin iştirak etdiyini deyib.

Tramp investorların milyonlarla dollar itirdiyini yazır. ABŞ dövlət başçısı onların ABC xəbər agentliyinin Flinnin Trampın ona ruslarla əlaqə yatardığını deməsini gözləməklə ziyana düşdüyünü bildirib.

Prezident əvvəlcə Flinnin vitse-prezident Mayk Pensə Rusiya ilə əlaqələri barədə yalan deməsinə görə işdən çıxarıldığını bildirmişdi.

Lakin şənbə günü Tramp Flinnin həm də FBİ-ya yalan söylədiyini görə generalı vəzifəsindən kənarlaşdırdığını yazıb.

XS
SM
MD
LG