Accessibility links

Donald Tramp Kominin işdən çıxarılmasına dair ziddiyyətli şərhlər verir


ABŞ prezidenti Federal Təhqiqat Bürosunun sabiq rəhbəri Ceyms Komini işdən çıxarmadığını bildirib.

"Bunun fərqi yoxdur, amma mən heç vaxt Komini Rusiyaya görə işdən kənarlaşdırmamışam" - deyə, Tramp Twitter hesabında yazıb.

O, Kominin işdən çıxarılması ilə bağlı saxta xəbərlər yayan "korrupsiyanın əsas axarı olan media"-nı günahlandırıb.

Bu ayın əvvəllərində Trampın vəkili Rudolf Culianı Kominin işdən çıxarılması ilə bağlı Tramp və onun yardımçılarının dediklərinə əlavə olaraq, Kominin Trampın o zaman araşdırılmadığını ictimaiyyətə açıqlamadığını bildirib.

Kominin özü isə ötən may ayında Rusiya təhqiqiatı ilə işdən çıxarıldığını bildirmişdi.

XS
SM
MD
LG