Accessibility links

Trampı cinsi qısnamada təqsirləndirən qadınlar Konqresi istintaq aparmağa çağırır [Video]


Trampı cinsi qısnamada təqsirləndirən qadınlar Konqresi istintaq aparmağa çağırır
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Prezident Donald Trampı açıq şəkildə cinsi qısnamada təqsirləndirən bir qrup qadın bazar ertəsi iddialarını yenidən dilə gətirib. Onlar ABŞ qanunvericilərini bu məsələni araşdırmağa və prezidenti məsuliyyətə cəlb etməyə çağırıb.

Trampı ittiham edənlərə diqqət ölkə miqyasında media və siyasətdən tutmuş Hollivuda kimi bir çox sahədə və işyerlərində cinsi qısnama ilə bağlı müzakirələrin getdiyi zaman yönəlib.

Birdən-birə mənim üstümə gəldi, mənə toxundu və öpməyə başladı. İnanın mənə, o an heç kim heç nə demədi, nə o bir şey dedi, nə də mən səsimi çıxardım ya da ‘kömək edin’ deyə bağırdım.
Cessika Lids

2017 artıq sona çatır və çox yaxında Tramp Ağ Evdəki ilk ilini başa vuracaq.

Nyu Yorkda bir qrup qadın Trampa qarşı cinsi qısnama ittihamlarını yeniləyib. Onlar suallarına cavab istəyir və Trampın məsuliyyətə cəlb olunmasını tələb edir.

“Mən inanmaq istəyirəm ki, amerikalılar olaraq biz siyasi meyillərimizi bir kənara qoyub qəbul etməliyik ki, bəzi şeylər siyasətdən daha üstündür və Trampı da Harvi Vaynşteyn və digər kişilər kimi nalayiq hərəkətlərinə görə məsuliyyətə cəlb etməliyik. Buna görə də, mən Konqresi partiya mənsubiyyətlərini bir kənara qoyub, Trampın cinsi qısnama tarixçəsini araşdırmağa çağırıram,” deyə Reyçel Kruks bildirib.

Bir digər ittihamçı Cessika Lids NBC kanalında Meqın Kelliyə təyyarədə uçan zaman baş verən insidetdən danışıb.

“Birdən-birə mənim üstümə gəldi, mənə toxundu və öpməyə başladı. İnanın mənə, o an heç kim heç nə demədi, nə o bir şey dedi, nə də mən səsimi çıxardım ya da ‘kömək edin’ deyə bağırdım,” Lids deyib.

Tramp ötən il 2005-ci ildə çəkilmiş Access Hollywood-a aid Trampın qadınlara toxunmaqla bağlı lovğalıq etdiyini göstərən video yayılandan sonra ona qarşı sürülən ittihamları rədd edib.

İttihamlarla bağlı suallarla üzləşən Ağ Ev sözçüsü Sarah Hakkabi Sanders prezidenti müdafiə edib.

Donald Tramp
Donald Tramp

“Prezident də şahidlər də bu məsələ ilə bağlı bütün ittihamları rədd edib. Bir neçə halda həmin şahidlər prezidentin sözlərini təsdiq edib. Amerika xalqı bunu bilir və ona səs verdi. Bizə elə gəlir ki, biz artıq bu məsələni geridə qoymalıyıq,” o söyləyib.

Dörd ABŞ qanunvericisi Trampı cinsi qısnama ittihamları səbəbilə istefaya getməyə çağırıb.

Tramp administrasiyasının yüksək səviyyəli rəsmisi Nikki Heyli də deyib ki, bütün qadınlar səslərini eşitdirmək hüququna sahibdir.

Məncə ona qarşı pis rəftar olunan və ya zorakılıq tətbiq edilən hər bir qadının səsini ucaltmaq haqqı var.
Nikki Heyli

“Məncə ona qarşı pis rəftar olunan və ya zorakılıq tətbiq edilən hər bir qadının səsini ucaltmaq haqqı var,” deyə o bildirib.

Oktyabr ayında film prodüseri Harvi Vaynşteynin vəzifəsindən uzaqlaşdırılmasından bəri bir neçə qadın siyasət, media və film sahələrindəki güclü kişiləri cinsi qısnamada günahlandırıb.

Ən azı 10 qadın da prezidenti onlara toxunmaqda günahlandırıb, amma bütün bu iddaların 2016-ci il seçkilərindən öncə baş verdiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG