Accessibility links

Tramp Konqres qarşısında ilk məruzə ilə çıxış etdi


Prezident Donald Tramp Konqres qarşısında məruzəsini etməyə hazırlaşır, (arxada vitse-prezident Mayk Pens and spiker Pol Rayan)
Prezident Donald Tramp Konqres qarşısında məruzəsini etməyə hazırlaşır, (arxada vitse-prezident Mayk Pens and spiker Pol Rayan)

ABŞ prezidenti Donald Tramp Konqresin hər iki palatası qarşısında məruzəsini edib.

"Mən birlik və güc mesajını vermək üçün buradayam"-deyə prezident Tramp çıxışına başlayıb.

O deyib ki, yəhudi icma mərkəzləri və qəbiristanlıqlarında vandalizm halları "bizim nifrətin bütün formalarının qınanmasında bir dayanan bir ölkə olduğumuzu xatırladır".

Mən birlik və güc mesajını vermək üçün buradayam.
Donald Tramp

Prezident Tramp məruzəsini ABŞ Konqresinin binasında vitse-prezident Mayk Pens və Nümayəndələr Palatasının spikeri Pol Rayanın iştirakı ilə qanunvericilər və qonaqlar qarşısında edib.

Donald Tramp Konqres qarşısında məruzə etmək üçün zala daxil olur
Donald Tramp Konqres qarşısında məruzə etmək üçün zala daxil olur

O, bu gün Amerika ruhunun dirçəlişinin müşahidə edildiyini və "bizim müttəfiqlərimizin Amerikanın bir daha irəli apardığını görəcəyini" deyib.

Prezident Tramp deyib ki, o, Amerika xalqının "istəklərini" dinləyib və mühacirət qanunlarını dəyişməyə başlayıb. Onun sözlərinə görə, bu qanunlar minimum əmək haqqının artırılması, işsizlərə yardım göstərilməsi, milyardlarla dollara qənaət edilməsi və ölkənin hamı üçün təhlükəsiz edilməsinə xidmət edəcək.

Tramp bir daha ABŞ-ın Meksika ilə sərhədində divarın inşa edilməsinə söz verərək, bunu narkotiklər və cinayətkarlığa qarşı effektiv silah adlandırıb.

O, potensial mühacirlərin yoxlanışını gücləndirərək, "radikal islam terrorizmi"nə qarşı ölkənin müdafiə olunması üçün güclü ölçülər götürdüyünü deyib. Tramp bildirib ki, Birləşmiş Ştatlar terrorizmin müharibə meydanı və ekstremistlər üçün sığınacaq ola bilməz.

Tramp Pentaqona müsəlman və xristian kişi, qadın və uşaqları qətlə yetirən "qanunsuz vəhşilər" adlandırdığı İslam Dövləti qrupunun məğlub edilməsi planı hazırlamağı tapşırdığını deyib.

ABŞ prezidenti Donald Tramp Konqres qarşısında məruzə ilə çıxış edir
ABŞ prezidenti Donald Tramp Konqres qarşısında məruzə ilə çıxış edir

Prezident deyib ki, Birləşmiş Ştatlar xarici ölkələrdə trilyonlarla dollar vəsait xərclədiyi halda, ölkənin özündə infrastruktur dağılır.

O, Amerikanın yalnız öz vətəndaşlarını birinci yerdə qoyduğu zaman yenidən möhtəşəm ola biləcəyini deyib.

Daxili siyasət məsələlərindən danışaraq Tramp fəaliyyətini dayandırmış sənaye sahələrinin "həyata qaytarılacağını, veteranların ehtiyacı duyduqları yardımı alacaqlarını bildirib. O, yeni yollar və körpülərin dağılan infrastrukturu əvəz edəcəyini deyib.

Prezident həmçinin ölkədə narkotiklərdən istifadə epidemiyasına son qoymağa söz verərək, kiçik şəhərlər və onların gənc sakinlərində ümid və dirçəliş yaradıb.

Tramp sevimli mövzusu olan Obamacare adı ilə tanınan əlverişli tibbi sığorta xidmətinə də toxunaraq, onu "fəlakət" adlandırıb. O bildirib ki, yeni sistem seçimləri genişləndirəcək və daha az məsrəflə daha yaxşı tibbi xidmət imkanı verəcək.

Tramp habelə Konqresi az imkanlı ailələrin uşaqlarının hökumətin maliyyələşdirdiyi məktəblərdən fərqli məktəblərdə təhsil ala bilməsi üçün fondların ayrılmasına dair qanun layihəsini təsdiq etməyə çağırıb.

Prezident amerikalıların təhlükəsizliyinin onun üçün prioritet olduğunu deyib. O, Daxili Təhlükəsizlik nazirliyinə Amerika qurbanlarına xidmət göstərən şöbə yaratmaq haqda göstəriş verdiyini bildirib. Bu şöbə qeyri-qanuni mühacirlər tərəfindən törədilmiş zorakılıqların qurbanı olan amerikalılara yardım göstərəcək.

Birinci xanım Melaniya Tramp və qonaqlar prezident Trampın çıxışını alqışlarla qarşılayır
Birinci xanım Melaniya Tramp və qonaqlar prezident Trampın çıxışını alqışlarla qarşılayır

Donald Trampın Vaşinqton vaxtı ilə axşam saat 9-da başladığı məruzəsisi "Amerika ruhunun dirçəlişi" adlanırdı.

Hesabat məruzəsi Vaşinqtonda siyasi tonu dəyişdirmək vədləri ilə hakimiyyətə gəlmiş yeni prezidentin Ağ Evdə olduğu beş həftə ərzində Amerika tarixində ən aşağı reytinqə malik olduğu bir mühüm dövrə təsadüf edir. NBC News/Wall Street Journal media şirkətlərinin keçirdiyi sorğuya əsasən, amerikalıların yalnız 44 faizi prezidentin fəaliyyətindən razıdır.

Kentukki ştatının keçmiş qubernatoru Stiv Beşar prezidentin məruzəsindən sonra Demokrat partiyasının müraciəti ilə çıxış edib
Kentukki ştatının keçmiş qubernatoru Stiv Beşar prezidentin məruzəsindən sonra Demokrat partiyasının müraciəti ilə çıxış edib

Prezident onun siyasi kursundan narazı olan demokratlar v prezident seçki kampaniyası zamanı ona az dəstək verən respublikaçılar qarşısında çıxış edib. Lakin seçkidən sonra respubikaçıların böyük əksəriyyəti onun ətrafında birləşərək, prezident Barak Obamanın səkkiz illik hakimiyyəti dövründə qarşısı alındığı hesab etdikləri ölkədaxili prioritetləri həll edə biləcəklərinə ümid edirlər.

Donald Trampın çıxışından sonra Kentukki ştatının keçmiş qubernatoru Stiv Beşar demokratların adından müxalif partiyanın rəsmi müraciəti ilə çıxış edib. Qubernator kimi o, respublikaçıların ləğv etməyə söz verdikləri tibbi sığortanın ştatda genişlənməsində böyük rol oynayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG