Accessibility links

Tramp Şimali Koreyaya cavab verib


ABŞ prezidenti Şimali Koreyanın xarici işlər nazirinin təhqirlərini əlavə təhdidlərlə cavablandırıb.

"Şimali Koreyanın xarici işlər nazirinin BMT-dəki çıxışını dinlədim. Əgər o da raket adamının fikirlərinə əks-səda verirsə, ətrafda çox görünməyəcəklər!" - deyə, Tramp Twitter-də bildirib.

Şimali Koreyanın xarici işlər naziri Trampı ciddi şəkildə təhqir edib. BMT-dəki çıxışı zamanı Ri Yonq Ho deyib ki, Şimali Koreya liderini raket adamı adlandıran Tramp öz nüvə proqramı ilə intihar missiyasındadır.

ABŞ dövlət başçısını “beyni meqalomaniya ilə dolu ruhi xəstə” adlandıran Ri Amerikada dinc əhalinin həyatı itiməsinin səbəbinin Tramp olacağını deyib. O bildirib ki, bu, Trampın Amerikaya qarşı hücuma keçilsə, Şimali Koreyanı bütövlüklə dağıdacağı hədələrinə cavab olacaq.

Ri Yonq Ho
Ri Yonq Ho

Donald Tramp Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

ABŞ prezidenti BMT-nin Baş Assambleyası qarşısında ilk çıxışında Şimali Koreya, İran və Venesuelanı xüsusi qeyd edərək bu ölkələri tənqid hədəfinə çevirib. O, Şimali Koreya təhlükəsini dünyada başlıca qlobal risk adlandırıb.

Prezident Tramp tribunaya qalxan zaman nümayəndələrlə dolu zalda Şimali Koreya səfirinin yeri boş idi.

XS
SM
MD
LG