Accessibility links

Senatda Trampın FBI direktoru vəzifəsinə nominasiya etdiyi namizədlə bağlı dinləmə keçirilir


ABŞ prezidentin Donald Trampın Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru vəzifəsinə nominasiya etdiyi Kristofer Rey Senatın Ədliyyə komitəsində dinləmə zamanı
ABŞ prezidentin Donald Trampın Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru vəzifəsinə nominasiya etdiyi Kristofer Rey Senatın Ədliyyə komitəsində dinləmə zamanı

ABŞ prezidentin Donald Trampın Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru vəzifəsinə nominasiya etdiyi namizədin vəzifəyə təsdiqi ilə bağlı Senatda dinləmə keçirilir. Kristofer Rey qanunvericiləri əmin edib ki, o, vəzifəyə təsdiq olunsa, agentliyin fəaliyyətini siyasi nüfuzdan azad şəkildə davam etdirəcək. Rey Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı xüsusi təhqiqatın da buraya daxil olduğunu deyib.

“Mən inanram ki, bu işi aparmağın bir düzgün yolu var. Bu da tamamilə müstəqil olmaq, işi düzgün aparmaq, Konstitusiyaya sədaqətli olmaq, bizim qanunlarımıza və bu qurumun ən yaxşı təcrübəsinə sədaqətli olmaqdır”, Rey dinləmə zamanı bildirib.

Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi Konqres dinləmələri zamanı
Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi Konqres dinləmələri zamanı

Vəkil və Ədliyyə nazirliyinin keçmiş rəsmisi oan Kristofer Rey FBI direktoru vəzifəsinə təsdiqi ilə bağlı dinləmələrdə Senatın Ədliyyə komitəsində qanunvericilərin suallarını cavablandırıb. Bu suallardan biri onun Ağ Evdən müstəqil şəkildə iş apara bilməsi ilə bağlı olub.

Senatda dinləmə Trampın artıq bir neçə aydır onun seçki kampaniyasının Ağ Ev uğrunda mübarizədə ona kömək məqsədilə Rusiya rəsmiləri ilə əlaqələrinə dair iddialarla bağlı təhqiqatlarla qarşılaşdığı bir vaxt keçirilir. Bu iddialardan biri Trampın FBI-ın Rusiya ilə bağlı təhqiqatına rəhbərlik edən agentliyin keçmiş direktoru Cyems Komini vəzifədən kənarlaşdırmaqla onun ədalətə mane olmağa çalışmasının mümkünlüyü ilə bağlıdır.

ABŞ-ın kəşfiyyat agentlikləri Rusiyanın sosial mediada seçki ilə bağlı saxta xəbərlərin yerləşdirilməsi və Trampın demokrat rəqidi olan Hillari Klintonun kampaniyasının electron poçtuna haker hücumları da daxil olmaqla ABŞ seçkilərinə müdaxilə kampaniyası apardığı haqda nəticə çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG