Accessibility links

Donald Tramp liderliyini genişləndirib


Son rəy sorğularına görə, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp liderliyini genişləndirib.

Quinnipiak Universitetinin keçirdiyi sorğular Trampa 39 , Florida senatoru Marko Rubioya 19, Texas senatoru Ted Kruza isə 18 faiz dəstək verildiyini müəyyən edib.

Demokrat namizədlər
Demokrat namizədlər

Daha əvvəlki sorğularda Tramp 31 faiz dəstəyə malik idi. Onun ötən həftə Nyu Hempşir praymerisindəki qələbəsindən sonra iki respublikaçı namizədliyini geri götürüb.

Demokratlar arasında isə sabiq dövlət katibi Hillari Klintonla Nyu Hempşir praymerisinin qalibi Berni Sanderslə bərabər göstəricilərə malikdir.

Fevralın 10 ilə 15-i arasında keçirilən sorğularda 1342 respondent iştirak edib.

Ohayo ştatının qubernatoru, Nyu Hempşir praymerisində ikinci yeri qazanan Con Keysikə dəstək 3 faizdən 6 faizə qalxıb. Floridanın sabiq qubernatoru Ceb Buş 4 faiz dəstək əldə edib.

Respublikaçı namizədlər
Respublikaçı namizədlər

Respondentlərin 70 faizi Ceb Buşu prezidentlik üçün təcrübəli namizəd hesab edir. Sorğu iştirakçılarının 68 faizi Kruzun, 60 faizi isə Trampın prezidentliyə layiq olduğunu düşünür.

Demokrat seçicilər Hillari Klitnonun qalib gələcəyinə inanır. 83 faiz onun, 69 faiz isə Sandersin şansının yüksək olduğunu hesab edir.

Partiyaların nominasiyası iyul ayında irəli sürüləcək. O vaxta qədər isə bir sıra ştatlarda ilkin seçkilər və kokuslar keçiriləcək.

Şənbə günü respublikaçılar Cənubi Karolinada praymeri, demokratlar isə Nevada ştatında kokus təşkil edəcək.

XS
SM
MD
LG