Accessibility links

Donald Trampın milli təhlükəsizlik müşaviri istefa verib


ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik müşavirini əvəzləyir.

Cümə axşamı atdığı tvittdə Tramp ordu general-leytenantı H.R. MakMasteri Con Boltonun əvəzləyəcəyini açıqlayıb. Bolton ABŞ-ın BMT-dəki keçmis səfiri, hazırda isə mühafizəkar Fox News kanalının təhlilçisidir.

Ağ Ev rəsmisi deyib ki, MakMasterin vəzifəsindən istefa verib, təqaüdə çıxacağına dair Tramp və MakMaster birlikdə qərar verib.

“Onlar bunu uzun müddətdir müzakirə edir,” rəsmi deyib. “Hər ikisi davamlı spekulyasiya yerinə yeni komanda yaratmağın vacibliyini dərk etdiyi üçün bu qərarı sürətləndirdi. Bu qərar hər hansı insidentlə əlaqəli deyil”, o söyləyib.

MakMaster verdiyi bəyanatda “Ölkəmizə verdiyim 34 illik xidmətdən sonra bu yaydan etibarən ABŞ ordusundan təqaüdə çıxacağam, ondan sonra isə ictimai xidmətdən də gedəcəyəm” deyib.

Təqaüdə çıxmış ordu generalı, hazırda Ağ Evin aparat rəhbəri Con Kelli deyib ki, “MakMaster prezidentə seçimlər irəli sürüb və bütün bu seçimlərin tam və ədalətli şəkildə təqdim olunduğundan əmin olub.”

2001-2005-ci illərdə dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini vəzifəsində çalışan Bolton xarici siyasət və müdafiə məsələlərində radikal və müdaxiləçi fikirləri ilə tanınır.

O, bu yaxınlarda Şimali Koreyaya qarşı ilk zərbəni endirməyi və İranla əldə olunan nüvə razılığından geri çəkilməyi təbliğ edib.

Yeni vəzifəyə təyin olunduğu açıqlanandan qısa müddət sonra Fox News-a verdiyi müsahibə zamanı Bolton deyib ki, “milli təhlükəsizlik müşaviri prezidentə çox sayda seçimlərin təqdim olunduğundan əmin olmalıdır. Prezident qərar verdiyində isə, milli təhlükəsizlik müşaviri həmin qərarını yerinə yetirməlidir, sevmədikləri qərarları göz ardı etməməlidir.”

Ağ Evin bəyanatında “Bolton bir sıra milli təhlükəsizlik məsələləri və ölkəmizin üzləşdiyi çətinliklər üzrə ekspertdir” deyilib.

XS
SM
MD
LG