Accessibility links

Tramp Ağ Evdə Makronu təntənəli şəkildə qəbul edib


ABŞ prezidenti Donald Tramp hazırda Birləşmiş Ştatlarda rəsmi dövlət səfərində olan Fransa prezidenti Emmanuel Makronun şərəfinə Ağ Evdə təntənəli qəbul mərasimi təşkil edib.

Tramp iki ölkə arasında iki əsrdir davam edən dostluq və hərbi müttəfiqlik əlaqələrini qeyd edərək, Makrona ABŞ və Britaniyanın bu yaxınlarda Suriyada ehtimal edilən kimyəvi hücuma cavab olaraq keçirdiyi raket hücumları kampaniyasına qoşulduğuna görə təşəkkürünü bildirib.

ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp, Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron Ağ Evdə rəsmi qəbul zamanı, 24 aprel, 2018.
ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp, Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron Ağ Evdə rəsmi qəbul zamanı, 24 aprel, 2018.

“İndi güclü olmaq vaxtıdır, gəlin güclü olaq, gəlin bir olaq, gəlin keçmişimizə ehtiram göstərək və gələcəyimizi inam və qürurla qarşılayaq. Və qoy Birləşmiş Ştatlar və Fransa həmişə azadlıq və sülh kimi nəcib bir işdə həmrəy olsunlar”, prezident Tramp bildirib.

Birləşmiş Ştatlar və Fransa yalnız birlik olduqda terrorizmi məğlub edə bilər. Yalnız birlikdə biz tərəqqinin yeni formasını qura bilərik.
Fransa prezidenti Emmanuel Makron

Makron Trampdan fərqli olaraq, onlar arasında danışıqların gündəmində olan bəzi məsələlərə toxunaraq, qlobal terrorizm, Şimali Koreyanın nüvə silahlarını inkişaf etdirməsi və İranın nüvə proqramının məhdudulaşdırılmasını nəzərdə tutan 2015-ci ildə imzalanmış razılığı qeyd edib.

“Birləşmiş Ştatlar və Fransa yalnız birlik olduqda terrorizmi məğlub edə bilər. Yalnız birlikdə biz tərəqqinin yeni formasını qura bilərik”, Makron bildirib.

Təntənəli qəbuldan sonra Ağ Evdə danışıqlara toplaşdıqları vaxt Tramp 2015-ci il razılığını “olduqca pis razılıq” adlandırıb, Makron isə bunun “mühüm” olduğunu deyib və məsələnin danışıqların diqqət mərkəzində olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya, Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron Ağ Evdə rəsmi qəbul zamanı, 24 aprel, 2018.
ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya, Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron Ağ Evdə rəsmi qəbul zamanı, 24 aprel, 2018.

Tramp deyib ki, “İran Yaxın Şərqdə demək olar bütün problemlərin arxasındadır”. O həmçinin bildirib ki, əgər İran nüvə sınağı keçirsə, “onların əvvəlkindən daha böyük problemi olacaq”.

İndi güclü olmaq vaxtıdır, gəlin güclü olaq, gəlin bir olaq, gəlin keçmişimizə ehtiram göstərək və gələcəyimizi inam və qürurla qarşılayaq. Və qoy Birləşmiş Ştatlar və Fransa həmişə azadlıq və sülh kimi nəcib bir işdə həmrəy olsunlar.
ABŞ prezidenti Donald Tramp

İki lider habelə fikir ayılıqlarına malik olduğunu bir sıra başqa məsələləri də müzakirə edəcək. Tramp ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasını planlaşdırır, Makron isə ABŞ-ın mövcudluğunun davam edirilməsini istəyir. Bununla yanaşı Amerika lideri Birləşmiş Ştatların iqlim dəyişikliyinə dair Paris razılaşmasından çıxamasını istəyir və Avropadan metal ixracatına təsir göstərə biləcək alüminium və polad tariflərinin tətbiq edilməsini planlaşdırır.

Bu gün axşam Tramp və birinci xanım Melaniya Makron və onun xanımı Bricit Makronun şərəfinə Ağ Evdə rəsmi ziyafət verəcək.

Makron çərşənbə axşamı günü Parisə dönməzdən əvvəl ABŞ Konqresində məruzə ilə çıxış edəcək.

XS
SM
MD
LG