Accessibility links

Prezident Tramp Fransada prezident Makronla görüşüb


ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Parisdə birgə mətbuat konfransı keçiriblər.

Makron bildirib ki, onlar danışıqlar zamanı Suriyada vəziyyət və əks-terror məsələləri, azad və şəffaf ticarət müzakirə ediblər.

Fransa prezidenti həmçinin kiber hücumlara və internetdə təbliğata qarşı birgə fəaliyyət göstərilməsinə dair razılıq əldə edildiyini deyib.

Prezident Tramp danışıqlar zamanı Fransa ilə təhlükəsizlik sahəsində tərəfdaş münasibətlərinin gücləndirilməsi məsələsinin müzakirəsinin yer aldığını deyib.

Tramp həmçinin ABŞ-ın Paris iqlim sazişindən çıxmasına dair qərarla bağlı bəzi inkişafların mümkünlüyünə işarə edib.

Makronla birgə mətbuat konfransı zamanı danışan Tramp keçən il böyük oğlunun Rusiya hökuməti ilə yaxın əlaqələri olan vəkillə görüşünün əhəmiyyətini azaldaraq, görüşün heç bir nəticəsi olmadığını bildirib.

Donald Tramp oğul
Donald Tramp oğul

​Trampın böyük oğlu keçən prezident seçkiləri zamanı onun demokrat rəqibi Hillari Klintonu ləkələyə biləcək materialın mümkün müzakirəsi məqsədilə rusiyalı vəkillə görüşə dair emaillərini açıqlayıb.

Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Trampın kampaniyasının Rusiya ilə mümkün əlaqələrinə dair bir neçə təhqiqat işi aparılır.

ABŞ-ın iqlim sazişindən çıxması haqda qərar və Putinlə mümkün əlaqələrlə bağlı iddiaların Trampın Fransaya səfərinə kölgə saldığına inanılır.

XS
SM
MD
LG