Accessibility links

Tramp maska taxmağın könüllü bir iş olduğunu deyir


ABŞ prezidenti Donald Tramp amerikalıların maska taxmasının koronavirusun yayılmasının qarşısını ala biləcəyini deyib. Lakin o, bunun milli məcburiyyət olmağını bildirib.

“Mən maskaya inanıram” - deyə, Tramp Ağ Evdə “Fox News Sunday” TV-yə verdiyi müsahibə zamanı bildirib. Lakin o, “hamı maska taxsa, hər şey yoxa çıxacaq” kimi bir bəyanata inanmadığını deyib.

ABŞ-ın 50 ştatının bəziləri və böyük şəhərlərin merləri maska taxmağı icbari edib. Tramp isə bunun könüllü bir iş olduğunu əlavə edib.

ABŞ dövlət başçısı ölkənin infeksion xəstəliklər üzrə aparıcı eksperti Entoni Fauçi və və baş cərrah Cerome Adamsın virus yayılmağa başlayanda maska taxmağı məsləhət görmədiyini yada salıb. Lakin onlar az sonra fikirlərini dəyişərək üzlərin bağlanmasını tövsiyə edib.

ABŞ prezidenti Donald Tramp şənbə günü Vaşinqton yaxınlığındakı Uolter Rid hərbi hospitalında müalicə alan Amerika hərbçilərini ziyarət edərkən ilk dəfə olaraq maska taxıb.

Prezident daha əvvəl ətrafında olan insanların müntəzəm olaraq test edildiyinə görə koronavirusa qarşı əlavə preventiv tədbirlər görməyə ehtiyacı olmadığını bildirmişdi.

Hospitalda prezident özü və onun təhlükəsizlik qrupunun üzvləri qara maska taxaraq, müalicə alan pasiyentlər və tibbi personalla bir saata yaxın vaxt keçirib.

Tramp hospitalın tibbi heyətini “bizim böyük qəhrəmanlarımız“ və “COVİD-ə qarşı mübarizənin ön cəbhəsindəki döyüşçülər“ adlandırıb.

Prezidentin Trampın ziyarəti ABŞ-da COVİD-19-a yoluxma hallarının artdığı vaxta təsadüf edib.

ABŞ dünya üzrə həm yoluxma, həm də ölüm hallarının sayına görə dünya ölkələri arasında birinci yerdədir.

Səhiyyə ekspertlərinin təxminlərinə görə, gələcək aylar ərzində on minlərlə amerikalı pandemiyanın qurbanı olacaq.

Şərhlərə bax

XS
SM
MD
LG