Accessibility links

Donald Tramp müdafiə xərclərinin artırılmasını istəyir


ABŞ prezidenti müdafiə xərclərinin 54 milyard dollar artırılmasına çağırıb. Donald Tramp bu 10 faizlik artımı Amerikanın qüdrəti, təhlükəsizliyi və əzmkarlığının timsalı adlandırıb.

Ağ Evdə ştat qubernatorları ilə görüşü zamanı ABŞ dövlət başçısı deyib ki, biz hərbi xidmətdə olan qadın və kişiləri təşviq etməliyik.

"Onların müharibələrə yol verməmək və ya bizim adımızdan döyüşmək üçün hər bir vasitələri olmalıdır. Onların görəcəyi yeganə iş zəfər olmalıdır" - deyə Tramp bildirib.

İndi biz qələbə qazanmırıq. Qələbə üçün döyüşmürük. Bundan sonra ya qələbə əldə edəcəyik, ya da heç bir müharibəyə qoşulmayacağıq

ABŞ prezidenti Amerikanın müharibələrdə qələbəsinin vaciblıiyini önə çəkib. O, İkinci Dünta Müharibəsi illərinə təsadüf edən gəncliyi zamanı amerikalıların heç vaxt məğlub olmayacağını göstərdiklərini deyib.

"İndi biz qələbə qazanmırıq. Qələbə üçün döyüşmürük. Bundan sonra ya qələbə əldə edəcəyik, ya da heç bir müharibəyə qoşulmayacağıq” -deyə Tramp sözünə davam edib.

ABŞ dövlət başçısı deyib ki, məsrəf prioritetlərinə dair planını Konqres qarşısında açıqlayacaq. O, Pentaqonun xərclərinin ordunun yenidən qurulmasınına ən çox ehtiyac duyulduğu vaxt artırıldığını bildirib.

Yeni administrasiya eyni zamanda F-35 qırıcı təyyarələrinin istehsalında 725 milyon dollarlıq xərclərinin azaldılmasına çalışır.

Büdcə rəsmiləri müdafiə xərclərinin artırılmasını daxili proqramlar və xarici yardımların azalacağı ilə izah edir.

Tramp hökumətinin milli səhiyyə sistemini ləğvi və ya yenisi ilə əvəz edəcəyini deyib.

Prezident Obamacare adı ilə tanınan sığorta sistemini fəlakət adlandırıb. Sistemin nə zaman dəyişəcəyi bəlli deyil. Belə ki, Tramp bu qanunu necə dəyişəcəyinə dair heç nə deməyib.

XS
SM
MD
LG