Accessibility links

Tramp bir daha medianı tənqid edib


Donald Tramp prezidentliyini müdafiə edərək, yenidən ABŞ-ın media xəbərlərini tənqid edib. Xəbərlərdə onun müşavirinin Rusiya rəsmiləri ilə əlaqəsi dərc edilib. ABŞ prezidenti məxfi məlumatların sızdırılması ilə ciddi mübarizə aparılacağına and içib.

Təqribən bir ay əvvəl Tramp Ağ Evdə keçirilən mətbuat konfransında yeni administrasiyanın mühüm nailiyyətlər əldə etdiyini deyib və biznes mühiti ilə bağlı nikbinliyini ifadə edib.

Bu administrasiya mükəmməl bir maşın kimi işləyir. Sərəncam xalqımızın müdafiəsi mahiyyəti daşıyır

Prezident yeddi müsəlman ölkəsindən ABŞ-a səyahət qadağasına dair sərəncamı ilə bağlı media məlumatlarını qınayıb.

"Bu administrasiya mükəmməl bir maşın kimi işləyir. Sərəncam xalqımızın müdafiəsi mahiyyəti daşıyır " - deyə Tramp bəyan edib.

Prezident mətbuat orqanlarının nəzarətdən çıxıdığını bildirib.

O, The New York Times və CNN-nin kampaniya yardımçılarının seçkilərdən öncə Rusiya ilə əlaqədə olduğuna dair xəbərləri yalan adlandırıb.

ABŞ dövlət başçısı adı hallanan sabiq kampaniya meneceri Pol Manafortu hörmətli şəxsiyyət kimi qiymətləndirib.

ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Maykl Flinndən "ona etibarının azaldığı" və Rusiya ilə kontaktları ilə bağlı izahata görə onun üçün istefasını istəyib və istefanı qəbul edib. Bu haqda açıqlamanı Ağ Ev verib.

Ağ Evin sözşüsü Şon Spayser deyib ki, "prezident milli təhlükəsizlik məsələləri üzrə müşavirə artıq etibar etmədiyi qənaətinə gəlib."

Mayk Flinn
Mayk Flinn

Təqaüdə çıxmış ordu generalı olan Flinn Trampın baş strateji müşavirlərindən biri kimi vəzifəsinin icrasına başlayandan üç həftə sonra istefaya gedib.

Şon Spayser deyib ki, Tramp Flinnin Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Sergey Kislyakla söhbətindən razı qalıb və Flinnin o zaman hökumət rəsmisi deyil, adi vətəndaş olduğu halda belə bunun hüquqi baxımdan yanlış olmadığı haqda fikirdə olub.

Lakin Ağ Evin sözçüsü bildirib ki, Tramp Flinnin vitse-prezident Mayk Pensə inaqurasiyadan öncə yanvar ayında səfirlə o zaman prezident Barak Obamanın Moskvanın ABŞ seçkilərinə müdxilə ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sankiyaları müzakirə etmədiyini deyərək, ona yanlış informasiya verdiyi haqda nəticəyə gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG