Accessibility links

Tramp CNN-nin materialı ilə bağlı qalmaqaldan sonra medianı yenə kəskin tənqid edib


Prezident Donald Tramp ABŞ-ın bir sıra aparıcı xəbər agentliklərini CNN-nin üç jurnalistinin şirkətin səhifəsindən çıxarılmış materialla əlaqədar istefa verməsindən sonra bir daha kəskin tənqid edib.

Tramp CNN şirkətinin saytından onun yaxın müttəfiqi olan Antoni Skaramuççi və Rusiya hökumətinin nəzarət etdiyi bankın idarə etdiyi investisiya fondunun rəhbəri haqda materialı çıxardıqdan sonra Tvitter səhifəsində media qurumlarını tənqid edib.

"CNN Rusiya haqda materialı çıxarmalı olub, üç işçi də istefa verməyə məcbur olub. Bəs bütün başqa saxta materillar nə olsun? SAXTA XƏBƏRLƏR!!, Tramp Tvitterdə yazıb.

"Yaxşı, Saxta Xəbər CNN ifşa oldu, amma NBC, CBS və ABC necə olsun? Uğursuz Nyu York Tayms və Vaşinqton Post necə olsun? Onlar hamısı SAXTA XƏBƏRLƏR!", Trampın Tvitter mesajında yazılıb.

CNN materialı öz səhifəsində cümə axşamı günü dərc edib və cümə günü onu səhifədən çıxarıb.

Materialın müəllifi Tomas Frank, araşdırmaçı jurnalistika şöbəsinin redaktoru Erik Lixtbau və şöbənin müdiri Leks Harris bazar ertəsi günü istefa veriblər.

CNN şirkəti tərəfindən aparılan daxili araşdırma göstərib ki, material dərc olunmazdan əvvəl lazımi redaktə mərhələlərindən keçməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG