Accessibility links

Demokratlar Trampın xaricdən aldığı ödənişlərlə bağlı məhkəmə işi açıblar [Video]


Demokratlar Trampın xaricdən aldığı ödənişlərlə bağlı məhkəmə işi açıblar
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Donald Trampın konstitusiyaya and içdiyi an…

Həmin andan etibarən, demokratlar onun konstitusiyanı pozduğunu iddia edirlər.

“O açıq şəkildə konstitusiyanın mükafatlarla bağlı maddəsini pozur.”

Bu maddəyə əsasən, seçkili vəzifə sahiblərinə verilən hədiyyələr Konqres tərəfindən təsdiq edilməlidir. Demokratlar bildirirlər ki, Tramp şəffaf deyil.

“Biz bilmədiyimiz şeyə necə razılığıq verə bilərik? Biz Donald Trampın gizlətdiyi şeylərə necə razılığıq verə bilərik?”

Prezidentin beynəlxalq biznes holdinqləri ilə bağlı potensial maraqların toqquşması halı üç məhkəmə işinin açılmasına təkan verib. Konqres demokratların;n ən aydın hesab etdikləri iş, prezidentin xarici siyasətinin biznes maraqları üzərində qurulması iddiası ilə bağlıdır.

“Biz necə bilə bilərik ki, prezident Tramp xarici siyasəti amerikalıların, yoxsa öz marağı əsasında formalaşdırır?”

Məhkəmə işini açmağa kömək edən vəkil deyir ki, sualın sadə bir cavabı var.

“Bu, onun əldə etdiyi maliyyə mənfəəti ilə bağlı “hər şey və ya heç” yanaşması deyil. Prezident sadəcə, konstitusiya və Konqress qaydalarına riayət etməlidir. O isə hələ bunu etməyib.”

Amma buna baxmayaraq, Tramp dəfələrə Twitter-də onun biznesləri ilə bağlı maraqların toqquşması halının olmadığını bildirib.

Trampla bağlı məhkəmə işlərinə qarşı açılan işə baxan vəkil bildirir ki, konstitusiyada qeyd olunan “mükafatlar” maddəsi Trampa aid edilə bilməz.

“Xarici hökümətlə və ya xarici hökümətin sahib olduğu korporasiya ilə biznes görmək “mükafatlar” kimi qiymətləndirilə bilməz. Bu, şikayətçilərin sübut edə bilmədiyi bir məqamdır.”

Məhkəmə işinin qeyri-müəyyənliyinə baxmayaraq…

“Bu məhkəmə işi ilə bağlı məlumatlar çox azdır. Belə ki, indiyədək, heç bir prezident konstitusiyanın bu maddəsini pozmaq faktına yaxın belə durmayıb.”

… Bu Trampla bağlı maliyyə məlumatlarının əldə edilməsi istiqamətində ilk addımdır.

“Onlar Trampın vergi hesabatlarına çıxış əldə etmək istəyirlər. Ondan sonrakı addım isə impiçment ola bilər.”

Məhkəmə işi iddiaçıların məğlubiyyətindən asılı olmayaraq ciddi nəticələrə səbəb ola bilər.

XS
SM
MD
LG