Accessibility links

Tramp: İstənilən halda, Meksika divarın məsrəflərini ödəyəcək


ABŞ prezdenti Donald Tramp ölkənin cənub sərhədində qeyri-qanuni mühacirətin qarşısını almaq üçün təklif etdiyi divarın tikintisinə görə xərclərin Meksika tərəfindən ödəniləcəyi fikrindən geri çəkilmir.

Tramp bu barədə bazar ertəsi, finlandiyalı həmkarını Ağ Evdə qonaq qəbul etdiyi zaman yenidən danışıb.

“Bu və ya digər yolla Meksika divarın məsrəflərini ödəyəcək. Bu belədir. Bu kompensasiya yolu ilə də ola bilər. Amma istənilən halda Meksika divara görə ödəyəcək.”

Tramp bu yaxınlarda Konqresi divarın maliyyələşməsini təsdiq edilmədiyi halda federal hökümətin bağlanması ilə hədələyib.

Meksika prezidenti isə öz növbəsində, birmənalı qarşılanmayan divarın tikintisinə sərf ediləcək xərcləri ödəməyəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG