Accessibility links

Tramp: Meksika və Kanada ilə yeni ticarət razılığı əldə edilə bilər


Prezident Tramp Amerikanın Meksika və Kanada ilə yaxşı əlaqələrə malik olduğunu bildirərək, 23 illik Şimali Amerika Ticarət Razılığına alternativ bir razılıq əldə edilcəyinin mümkünlüyünü vurğulayıb.

ABŞ dövlət başçısı Twitter hesabında bir gün əvvəl Meksika prezidenti Enrike Penya Nieto və Kanadanın baş naziri Castin Trudi ilə telefon söhbəti zamanı onların sazişin yenidən nəzərdən keçirilməsi xahişi ilə razılaşdığını deyib.

Seçki kampaniyası zamanı Donald Tramp milyonlarla amerikalının iş yerlərini itirməsinə səbəb olduğunu iddia etdiyi NAFTA kimi “pis razılıqları” ləğv edəcəyini deyirdi.

Tramp ABŞ-ı dünya iqtisadiyyatının 40 faizini təşkil edən 12 ölkə arasında əldə olunmuş azad ticarətə dair Trans-Sakit Okeanı Tərəfdaşlığı razılığından çıxarsa da, qərar Konqresin təsdiqini əldə etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG