Accessibility links

Trampın məktəblərdə təhlükəsizlik ilə bağlı yeni planı [Video]


Trampın məktəblərdə təhlükəsizlik ilə bağlı yeni planı
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Bazar ertəsi Ağ Ev məktəblərdəki təhlükəsizlik tədbirlərinin hava limanları, stadionlar və hökümət binalarındakı təhlükəsizlik tədbirlərinə bənzər olacağını açıqlayıb. Prezident Donald Trampın planına əsasən, müəllimlər və digər məktəb işçilərinə uşaqları müdafiə edə bilmələri üçün silahdan istifadə təlimləri keçiriləcək. Lakin Ağ Evin yeni planında silah satışlarına məhdudiyyətlərə xüsusi diqqət ayrılmayıb. Silahlı şəxsin Florida məktəbində yarı-avtomatik tüfənglə 17 nəfəri öldürməsindən sonra administrasiya məktəblərdə kütləvi qətliamların qarşısını almağın yollarını nəzərdən keçirir.

Biz məktəblərin hava limanlarımız, stadionlarımız və hökümət binalarımız kimi təlhkükəsiz olmasını təmin edəcəyik. Daha yaxşı silah və hazırlıq təlimləri keçiriləcək.
Sara Hakabi Sanders

ABŞ tarixinin ən dəhşətli məktəb qətliamlarından birindən sonra Florida qubernatoru Rik Skot daha sərt silah qanunu imzalayıb. Yeni qanuna əsasən, insanlar silah almaq üçün üç gün gözləməlidirlər. Bundan əlavə isə silah almaq üçün tələb olunan minimum yaş həddi 18-dən 21-ə qaldırılıb. Lakin ABŞ-ın güclü silah lobbisi olan Milli Tüfəng Assosiasiyası yeni qaydanın qanuniliyini sual edərək, məhkəmə işi qaldırıb. Florida məktəbində baş verən atışmadan sonra prezident Tramp silah ala bilmək üçün yaş həddinin artırılmasını dəstəklədiyini demişdi.

Lakin bazar ertəsi Ağ Ev məktəb təhlükəsizliyi planında sərt silahlara nəzarət qaydalarının yer almadığını bildirib. Bunun əvəzinə onlar tarixçə yoxlanışının təkmilləşdirilməsini, əqli sağlamlıq proqramlarının genişləndirilməsini və məktəb heyətinə silah təlimlərinin keçirilməsini təklif edir.

“Biz məktəblərin hava limanlarımız, stadionlarımız və hökümət binalarımız kimi təlhkükəsiz olmasını təmin edəcəyik. Daha yaxşı silah və hazırlıq təlimləri keçiriləcək,” deyə Ağ Evin sözçüsü Sara Hakabi Sanders bildirib.

Bu hazırlıqlara məktəb heyətini silahdan atəş açmağa öyrətmək daxil ola bilər. Texasdakı bəzi məktəblərdə artıq bu tətbiq olunur. Təhsil naziri Betsi DeVos NBC News kanalına verdiyi müsahibədə deyib ki, müəllimləri silahlandırıb-silahlandırmamağa yerli icmalar qərar verməlidir.

“Bunu hər yerdə etmək uyğun olmaz. Amma bəzi yerlərdə edilməlidir. Məsələn, Texas və Floridanın Polk Qraflığı bunu etməyə qərar verib,” o söyləyib.

ABŞ Konqresindəki demokratlar qüdrətli NRA-in təzyiqi nəticəsində geri çəkildiyi üçün Trampı qınayıb.

“İlk addım prezidentdir. Biz hamımız bilirik ki, NRA Respublikaçılar partiyasını təsirinin altında saxlayır. Biz həmçinin bilirik ki, bizim respublikaçı dostlarımız bu məsələni NRA-i qəzəbləndirmədən həll etmək istəyir,” Senatın azlıq lideri Çak Şumer deyib.

Biz hamımız bilirik ki, NRA Respublikaçılar partiyasını təsirinin altında saxlayır. Biz həmçinin bilirik ki, bizim respublikaçı dostlarımız bu məsələni NRA-i qəzəbləndirmədən həll etmək istəyir.
Çak Şumer

Lakin ökə boyu şagirdlər NRA-in dəstəkləməyəcəyi tədbirlərin görülməsini tələb etmək üçün nümayişlər keçirir. Bəzi siyasətçilər isə bundan dərs çıxarır. Məsələn, Çikaqonun meri İllinois ştatının qubernatorunu floridalı həmkarının izi ilə getməyə çağırıb.

“Biz siqaret və içki mağazalarından lisenziya almalarını tələb edirik. Qubernator qanunun imzaladığı təqdirdə isə artıq silah satan mağazaralardan da lisenziya almalarını tələb edə bilərik,” Rahm Emanuel deyib.

Tramp deyib ki, əgər Konqres silah almaq üçün tələb olunan minimum yaş həddini artırmağı təsdiqləməsə, ştatlar bunu özləri edə bilər.

XS
SM
MD
LG