Accessibility links

Donald Tramp və Birinci Ledi koronavirusa yoluxub


ABŞ prezidenti Donald Tramp özünün və birinci xanım Melaniya Trampın koronavirus testlərinin müsbət olduğunu bəyan edib.

Prezident Tramp cümə gününə keçən gecə yerli vaxtla saat 12:54-də Twitter hesabında “Bu gecə @FLOTUS və mənim COVID-19 testlərimizin cavabı müsbət çıxdı. Biz dərhal karantinə və müalicəyə başlayacağıq. Biz BİRLİKDƏ bununun öhdəsindən gələcəyik!” yazıb.

Onlarda virusun səbəb olduğu COVID-19 xəstəliyinin hər hansı simptomların olub-olmadığı bildirilməyib.

74 yaşlı prezident yaşı və çəkisi səbəbilə COVID-19-un yüksək risk qrupunuda hesab olunur.

Prezidentin tvittindən on bir dəqiqə sonra Ağ Ev 74 yaşlı prezidentin həkimi doktor Şon Konli Trampların testlərinin müsbət olduğunu təsdiqləyən memorandum yayıb.

"Həm prezident, həm də birinci xanım hazırda özlərini yaxşı hiss edir və sağalma dövründə Ağ Evdə qalmağı planlaşdırırlar," Konli bildirib.

Doktor Konli prezidentin sağalma müddətində vəzifələrini yerinə yetirməyə davam edəcəyini gözlədiyini və “gələcək vəziyyətlərlə əlaqədar sizi məlumatlandıracağam” deyib.

Melania Tramp isə gecə saat 1:27-də twitter səhifəsində bunları yazıb: “Bu il çox sayda amerikalıda olduğu kimi @potus & mən COVID-19 testlərimiz müsbət olduğu üçün evdə karantində qalırıq. Özümüzü yaxşı hiss edirik və mən qarşıdakı bütün tədbirlərimi təxirə salmışam. Xahiş edirəm sağ-salamat qaldığınıza əmin olun və biz hamımız bunun öhdəsindən birlikdə gələcyik.”

Ağ Ev rəsmisinin bildirdiyinə görə, prezident Tramp yaxın gələcəkdə planlaşdırılan bütün siyasi tədbirlərin ləğv edilməsi barədə göstəriş verilib.

Qarşıdan gələn prezident seçkilərində Respublikaçı Prezident Donald Trampın Demokrat rəqibi olan Co Bayden onun səhhəti üçün dua etdiyini bildirib.

"Cill [xanımı] və mən Prezident Trampa və Birinci Ledi Melaniyaya çevik sağalmaq üçün diləklərimizi göndəririk. Biz prezident və onun ailəsinin sağlamlığı və salamatlığı üçün dua etməyə davam edəcəyik."

Tramp və onun xanımı virusa yoluxmuş 7.2 milyon amerikalı sırasındadırlar. COVID-19 ABŞ-da 200,000-dən çox adamın həyatına son qoyub.

Cons Hopkins Universitetinin məlumat bazasına əsasən, dünya boyu 34 milyon adam COVID-19-a yoluxub və bunlardan bir milyonu vəfat edib.

Bu xəbər ABŞ-ın fuçers səhmlərinin düşməsinə səbəb olub.

11Tramp cümə axşamı Fox News telekanalına telefonla verdiyi müsahibədə ən yaxın müşavirlərindən biri olan Hop Hiksin virusa yoluxmasından sonra özü və birinci xanımın koronavirus testindən keçdiyini təsdiq etmişdi.

Hiks şənbə günü Trampla birgə Pennsilvaniyada keçirilən seçki mitinqinə, çərşənbə axşamı Klivlendə, bir gün sonra isə Minnesotaya səfər edib.

Hiksdə çərşənbə günü Minnesotadakı seçki mitinqində koronavirusun simptomları özünü biruzə verib və cümə axşamı onun testinin cavabı müsbət çıxıb. Bu barədə adının açıqlanmasını istəyəmən rəsmi xəbər verib.

Nyu Cersiyə səfər

Tramp cümə axşamı bir neçə yüksək səviyyəli rəsmi ilə birlikdə siyasi fandreyzinq tədbiri üçün Nyu Cersiyə səfər edib və orada onlarla insanla yaxın ünsiyyətdə olub.

Tramp Fox News-a müsahibəsində Hiksin koronavirusa ordu və ya hüquq-mühafizə orqanlarının üzvlərindən yoluxma ehtimalını irəli sürüb.

XS
SM
MD
LG