Accessibility links

Rəy sorğuları prezident Trampın Konqresdə məruzəsini müsbət qiymətləndirib


ABŞ prezidenti Donald Tramp Konqres qarşısında məruzə zamanı
ABŞ prezidenti Donald Tramp Konqres qarşısında məruzə zamanı

ABŞ prezidenti Donald Trampın Konqres qarşısında məruzəsinə keçirilmiş iki rəy sorğusunda görə yüksək qiymət verilib.

CBS News/YouGov şirkətlərinin keçirdiyi sorğuda iştirak edənlərin dörddə üçü məruzəni dinləyib onu müsbət qiymətləndirib. Respondentlərin 82 faizi məruzənin “prezidentsayağı” səsləndiyini deyib. Prezidentin çıxışını izləyənlərin 76 faizi məruzənin tonunun “birləşdirici” olduğunu bildirib. Bu qrupda olan respondentlərin 36 faizi demokratlardan ibarət olub.

CNN/ ORC şirkətlərinin keçirdyi sorğunun nəticələrinə əsasən isə məruzəni izləyinlərin təxminən 70 faizi ölkənin gələcəyi ilə bağlı daha nikbin olduqlarını bildirib. Respondentlərin təqribən üçdə ikisi prezidentin düzgün prioritetlər seçdiyini düşündüyünü deyib. Sorğu iştirakçılarının 57 faizi məruzəyə olduqca müsbət münasibət bildirib. CNN tele kanalının verdiyi məlumata görə, respondentlər Konqres qarşısında ilk məruzədən sonra keçmiş prezidentlər Barak Obama (68 faiz) və Corc Buşa (66 faiz) daha yüksək qiymət vermişdi.

ABŞ prezidenti Donald Trumpın Konqres qarşısında məruzəsi
ABŞ prezidenti Donald Trumpın Konqres qarşısında məruzəsi

CNN/ ORC şirkətlərinin keçirdyi sorğunun nəticələrinə əsasən, respondentlərin 61 faizi Trampın məruzədən sonra fəaliyyətləri ilə bağlı daha nikbin əhval-ruhiyyə bölüşür.

Respondentlərin 70 faizi Trampın qeyri-qanuni mühacirətlə planlarını bəyənib və onların dörddə üçü preidentin iqtisadiyyatın gücləndirlməsi planlarına dəstək bildirib. Sorğu iştirakçılarının 78 faizi prezidentin infrastrukturun genişləndirilməsinə dair təşəbbüslərini alqışlayıb. Respondentlərin 65 faizi Trampın Obamacare adı ilə tanınan tibbi sığorta proqramı ilə bağlı planına dəstək verib.

Hər iki rəy sorğusu zamanı əvvəlcədən əlaqə qurulan respondentlər prezidentin məruzəsini dinləyəcəklərini deyiblər. Sorğuda iştirak edənlərin 39 faizi özünü respublikaçı kimi, 23 faizi isə demokrat kimi təqdim edib.

CNN/ ORC şirkətlərinin keçirdyi sorğu iştirakçılarının isə 33 faizi respublikaçı, 23 faizi isə demokrat olduqlarını bildirib.

XS
SM
MD
LG