Accessibility links

“Prezident Tramp heç bir məxfi məlumat açıqlamayıb”


ABŞ-ın milli təhlükəsizlik müşaviri H.R. Makmaster və Tramp administrasiyasının digər nümayəndələri prezidentin Ağ Evdə Rusiya rəsmiləri ilə görüşdə məxfi məlumatların açıqladığı ilə bağlı xəbərləri inkar ediblər.

İlkin olaraq Washington Post tərəfindən yazılan, sonra isə digər mətbuat qurumları tərəfindən təkrar edilən xəbərdə bildirilir ki, prezident Tramp Ağ Evdə Rusiya xarici işlər naziri Sergey Lavrov və səfir Sergey Kislyak ilə görüşdə yüksək səviyyəli məxfi məlumatlar açıqlayıb.

Qəzetin verdiyi məlumata görə, görüş zamanı Tramp hava qüvvələrinə yaxınlaşan təhlükə haqqında gizli məlumata sahib olması ilə lovğalanıb.

Milli təhlükəsizlik müşavifi Makmaster mətbuata bildirib ki, ABŞ prezidenti rusiyalı rəsmilərlə görüşü zamanı apardığı fikir mübadiləsində heç bir kəşfiyyat məlumatları paylaşmayıb.

Qanunvericiliyə görə, ABŞ prezidenti doğru hesab etdiyi zaman demək olar ki, bütün məxfi məlumatları açıqlamaq gücünə malikdir və bu, qeyri-qanuni deyil. Buna baxmayaraq, ekspertlər hesab edir ki, bu cür addımlar ölkənin kəşfiyyat icması və xarici tərəfdaşları ilə münasibətinə mənfi təsir edə bilər.

XS
SM
MD
LG