Accessibility links

Trampın yardımçısı Stefen Miller koronavirusa yoluxub


Prezident Donald Trampın baş məsləhətçisi və çıxışlarının müəllifi Stefen Millerin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Administrasiyanın yüksək səviyyəli rəsmisi Millerin bundan əvvəlki testlərinin mənfi çıxdığını deyib, Bu, Ağ Evin Tramp, birinci xanım, köməkçilər və digər işçilərin yoluxduğu epidemiyanın qarşısını almağa çalışdığı vaxta təsadüf edir.

Miller prezidentin "Amerika Birincidir" adlı xarici siyasətinin və immiqrasiya məhdudiyyətləri planının memarıdır.

Millerin vitse-prezident Mayk Pensin rabitə direktoru vəzifəsini icra edən həyat yoldaşı Keti Miller əvvəllər virusa yoluxub və son dəfə gördükdən sonra testi mənfi olub. Demokrat Partiyasından vitse-prezidentliyə namizəd Kamala Harrisin namizədliyini müzakirə etmək üçün Penslə birlikdə Solt Leyk şəhərində olan Keti Miller həyat yoldaşının koronavirusa yoluxduğunu bilən kimi oradan ayrılıb.

İki gün əvvəl Ağ Evin mətbuat katibi Keyli Makenaninin da COVID-19 testi müsbət çıxıb.

Tramp özünün və birinci xanım Melanianın COVID-19 testinin müsbət olduğunu cümə günü açıqlayıb. Daha sonra o, müalicə üçün Walter Reed Tibb Mərkəzinə aparılıb.​

ABC News, CNN və Bloomberg News agentlikləri Ağ Evin mətbuat ofisində işləyən Çad Gilmartinin də həftə sonu COVİD-19 testinin müsbət olduğunu bildirib. Bloomberg News-un bildirdiyinə görə, Ağ Evin rabitə üzrə katibinin köməkçisi Karolin Livitt və digər işçilərin də COVID-19 testləri müsbət çıxıb.

XS
SM
MD
LG