Accessibility links

Tramp milli təhlükəsizlik strategiyasında iqtisadi rəqabətliliyin əhəmiyyətini vurğulayıb [Video]


Tramp milli təhlükəsizlik strategiyasında iqtisadi rəqabətliliyin əhəmiyyətini vurğulayıb
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Donald Tramp Ronald reyqan binasında etdiyi çıxışını sabiq prezidentin kəlamı ilə başlayıb. Sülh güc yolu ilə. Əvvəlcə Amerika. Bu sözlərlə prezident Amerikanın iqtisadi və hərbi qüdrətinin yeniləşdiyini bildirib.

"Strategiyamız Amerikanın dünyadakı nüfuzunu artırmaqdır Lakin bu, bizim ölkə daxilində sərvətimiz və qüdrətimizin möhkəmləndirilməsi ilə başlaya bilər. Amerika yenidən qabaqcıl olacaq. Biz heç kimə həyat yolumuzu təlqin etmək istəmirik. Lakin biz ideologiyamızın dəyərləri ilə heç kimdən üzr istəmədən irəlidə olacayıq. ."

Tramp Rusiya və Çini Amerikanın maraqlarına zidd olaraq dünyanın quruluşunu dəyişmək istəyən rəqiblər adlandırıb.

"Xoşumuza gəlsə də, gəlməsə də, rəqabətin yeni erası ilə üzləşmişik. İndi dünyada hərbi, iqtisadi və siyasi təkəbbür hökm sürür. Biz ABŞ və onun müttəfiqlərinə qarşı şər rejimlərin hədəsi qarşısındayıq. Biz terror təşkilatların transmilli cinayət şəbəkəsi ilə üzləşmişik. Onlar denyada zorakılıq yayır. Biz Rusiya və Çinin Amerikanın dəyərləri və sərvətinə qarşı iddiası ilə qarşı-qarşıyayıq. "

Prezident Tramp Şimali Koreya və İrandan qaynaqlanan təhlıükə haqda danışdı, O, Pxenyanın təcrid edilməsi strategiyasının artıq bəhrə verdiyini deyib.

"Biz müttəfiqlərimizlə bərabər Şimali Koreyanın təcridi üçün misilsiz səylər göstəririrk. Hələ görüləcək çox iş var. Lakin rejimin dünyaya olan hədəsini nüvəsizləşdirmə yolu ilə dəf edəcəyik."

Sələfinin adını çəkmədən Tramp əvvəlki administrasiyanın iqtisadi təhlükəsizliyin milli təhlükəsizlik kimi qəbul etmədiyini bildirib.

"Liderlərimiz Amerika prinsiplərini axına buraxıb. Onlar Amerikanın taleyi və inamını itirib. Bunun nəticəsi olaraq vətəndaşlarımızı da çox şeyi tirirb. ONlar hökumətə etimadını və hətta öz gələcəklərinə etimadlarını itirib. Lakin ötən il dəyişikliklərə start verdi."

Demokratiyalar Fondunun təhlilçisi Devid Adesnik Trampın bəyanatının əvvəlki, diplomatik sıcrayışlardan asılı olan təhlükəsizlik strateqiyasınnın tam əksi olduğunu deyir.

"Keçmişdə zəifliklər var idi. Bu yalnız diplomatiya yolu ilə tərəflərinin biri-birini anlamasına ümid idi. Uzun müddət demokratik ölkələr bu yolda irəlilədi. Lakin düşünürəm ki, bir sıra hallarda bu siyasət dünyanı razı salacaq effektivliyə malik olmadı."

Trampın strategiyası onun 2015-ci il iqlim dəyişikliyi sazişindən çıxdığına görə tənqidlərlə üzləşib. Barak Obama administrasiyası bunu milli təhlükəsizlyə hədə kimi qiymətləndiridi. Trampın yardımçıları isə deyir ki, sənəddə ekoloji idarəetmə bir problem olaraq təyin olunur.

XS
SM
MD
LG