Accessibility links

Tramp Ağ Evdə Özbəkistan prezidentini qəbul edib


ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə Özbəkistan prezidenti Şavkat Mirziyoyevi qəbul edib.

Danışıqların diqqət mərkəzində ikitərəfli münasibətlər və Əfqanıstanla bağlı əməkdaşlıq məsələlərinin olduğu bildirilir.

Tramp administrasiyası səfərin ikitərəfli münasibətlərin inkişafına kömək edəcəyinə ümid etdiyini bildirib.

2002-ci ildə dünyasını dəyişmiş prezident İslam Kərimovun ABŞ-a səfərindən sonra bu, ilk dəfədir ki, Özbəkistanın lideri Ağ Evdə qəbul edilir. Kərimov 2002-ci ilin mart ayında Birləşmiş Ştatların Əfqanıstanda hərbi əməliyyatların keçirilməsi üçün Özbəkistanda hərbi hava qüvvələrinin bazasından istifadə etməsinə icazə verildikdən bir neçə ay sonra Vaşinqtona səfər etmişdi.

Əfqanıstan bu günə qədər ABŞ-ın Əfqanıstana təchizatın çatdırılmasında mühüm rol oynayır.

Bununla belə, rəsmi Vaşinqton Daşkəndi insan hüquqlarının ciddi pozulmasına görə dəfələrlə tənqid edib. Bundan öncə Ağ Ev Trampın Özbəkistanda durumun yaxşılaşdığını qeyd edəcəyini, lakin ölkə liderini insan haqları sahəsində vəziyyətə daha artıq diqqət verməyə çağıracağını bildirib.

2016-cı ilin sentyabr ayında Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra Özbəkistanda dəyişikliklər müşahidə edilir. Mirziyoyev hökuməti Kərimov dövründəki ciddi insan hüquqları pozuntularına yol verilməməsi istiqamətində addımlar atır. Yeni hökumət müəyyən dərəcədə Özbəkistan iqtisadiyyatının canlandırılmasına ehtiyac olduğu beynəlxalq tərəfdaşlığa da daha açıqdır.

XS
SM
MD
LG