Accessibility links

Tramp müdaxiləçi siyasətə meyllənirmi? [Video]


Tramp müdaxiləçi siyasətə meyllənirmi?
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Tramp müdaxiləçi siyasətə meyllənirmi?

Cəmi bir həftə öncə, ABŞ prezidenti Donald Tramp seçki kampaniyası dövrü dəfələrlə verdiyi sözü yenidən səsləndirdi.

“Mən dünyanın prezidenti deyiləm və olmaq da istəmirəm. Mən ABŞ prezidentiyəm və bundan sonra Amerika hər zaman birinci olacaq.”

Amma, son həftədə Trampın “Amerika birincidir!” prinsipi dünya problemləri ilə imtahana çəkildi.

Suriyada dinc əhaliyə qarşı kimyəvi hücumlar Trampı Bəşər Əsəd hökümətinə qarşı raket zərbələri endirməyə sövq etdi.

Asiyada isə Şimal Koreyanın avtoritar lider Kim Conq Una sərt xəbərdarlıq olaraq, ABŞ hərbi gəmiləri ölkə sahilləri yaxınlığına göndərildi.

Bütün bu hadisələrin fonunda, Tramp hətta, milliyətçi müşaviri Stiv Bannonu Milli Təhlükəsizlik Şurasından uzaqlaşdırıb.

Trampın bu addımları geniş sayda xarici siyasət ekspertləri tərəfindən alqışla qarşılanılıb. Bəziləri ehtimal edir ki, Tramp müdaxiləçi xarici siyasətə meylənə bilər.

Trampın keçid komandasında çalışmış Ceymz Karafonu belə düşüncənin yanlış olduğu qənaətindədir.

“Bu müdaxiləçi siyasət deyil. Bu sadəcə prezidentin ABŞ maraqlarına toxunan istənilən hadisəyə müdaxilə etmək iradəsinin nümayişi idi.”

“Bu müdaxiləçi siyasət deyil. Bu sadəcə prezidentin ABŞ maraqlarına toxunan istənilən hadisəyə müdaxilə etmək iradəsinin nümayişi idi.”

Amerikanın Səsinə Skype vasitəsilə müsahibə verən Karafano bildirdi ki, bu xüsusiyyət Trampı güc istifadəsində ehtiyatlı olan sabiq prezident Obamadan və hətta “müdaxiləçi” hesab edilən Corc Buşdan fərqli edir.

Tramp administrasiyası nümayəndələri bildirirlər ki, Suriya zərbələri keçmiş “rejim dəyişikliyi” siyasətinə qayıtmaq anlamı vermir.

Obama dövründə dövlət departamenti rəsmisi olmuş P.J Crouli bunun çox ağıllı addım olduğunu hesab edir.

“Prezident Tramp Amerikada mövcud problemləri həll etmək üçün seçilib. O, Suriyadakı problemləri həll etmək üçün seçilməyib. Buna görə də, Tramp, hərbi hücum əmri vermək gücünü nümayiş etdirməsinə baxmayaraq, xaricdəki vətəndaş müharibələrinə cəlb olunmaq həvəsində olmadığını işarə edir.”

Ağ Ev mətbuat katibi Şon Spayser keçən həftənin hadisələrindən sonra siyasətlərində dəyişikliklər olduğunu söyləyən medianın yanlışlığa yol verdiyini bildirib.

“Dəyişən yeganə şey Vaşinqtondur.”

XS
SM
MD
LG