Accessibility links

Tramp: 800 min sənədsiz gənc mühacirin narahatlığına əsas yoxdur


ABŞ prezidenti 800 min sənədsiz gənc mühacirin narahatlığına əsas olmadığını deyib. Hazırda Konqres onların daimi yaşayış icazəsi ilə təmin edilməsi planı üzərində işləyir.

Tramp Twitter şərhində bildirib ki, illər öncə valideynləri tərəfindən ölkəyə qanunsuz şəkildə gətirilənlərin geri qaytarılması üçün heç bir ölçüyə əl atılmayacaq. Prezident onların əksəriyyətinin Amerikanı özlərinə vətən bildiyini yazıb.

ABŞ prezidenti Donald Trampın administrasiyası 800 min sənədzis gənc mühaciri deportasiya edilməkdən qoruyan proqrama son qoymaq istiqamətində addım atıb. Lakin administrasiya gənclərin Birləşmiş Ştatlarda qalmasına icazə verilməsini davam etdirmək istəsə, Konqresə fəaliyyət göstərməsi üçün altı ay vaxt verib. Bu gənclər Amerika Birləşmiş Ştatlarına valideynləri tərəfindən qeyri-qanuni olaraq gətirilib.

Tramp sənədsiz gənc mühacirlərə dair qərarı təsdiq edib, lakin mübahisəli siyasi dəyişikliyin edilməsilə bağlı qərarın elan edilməsini baş prokuror Ceff Seşşinsə həvalə edib. Seşşins ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Deferred Action for Childhood Arrivals-DACA adlanan proqramına son qoyuduğunu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG