Accessibility links

"Biz sərhədlərin möhkəmləndirilməsinə dair plan üzərində işləyirik"


ABŞ prezidenti Konqres liderləri ilə yüz minlərlə gənc mühacirin müdafiəsi üçün razılıq əldə edilməsinə yaxınlaşdığını bildirib. Donald Tramp deyib ki, valideynləri tərəfindən qanunsuz şəkildə ölkəyə gətirilənlərin deportasiya edilməməsi üçün əldə ediləcək razılıqda sərhədlərin ciddi şəkildə qorunması maddəsi yer almalıdır.

"Biz sərhədlərin möhkəmləndirilməsinə dair plan üzərində işləyirik" - deyə, Tramp bildirib.

ABŞ prezidenti uşaqların bu ölkəyə öz iradələri ilə gitirilmədiyini deyərək, nə baş verəcəyini gözlənilməli olduğunu bildirib.

Dünən axşam Nümayəndələr Palatasının prezidentlə Ağ Evdə şam ziyafətinə qatılan demokrat lideri Nensi Pelosi və Senatın demokrat lideri Çarlz Şumer gənclərin müdafiəsi planının tez bir zamanda açıqlanması barədə müzakirələr keçirildiyini deyib.

ABŞ prezidenti Donald Trampın administrasiyası 800 min sənədzis gənc mühaciri deportasiya edilməkdən qoruyan proqrama son qoymaq istiqamətində addım atıb. Lakin administrasiya gənclərin Birləşmiş Ştatlarda qalmasına icazə verilməsini davam etdirmək istəsə, Konqresə fəaliyyət göstərməsi üçün altı ay vaxt verib.

Tramp sənədsiz gənc mühacirlərə dair qərarı təsdiq edib, lakin mübahisəli siyasi dəyişikliyin edilməsilə bağlı qərarın elan edilməsini baş prokuror Ceff Seşşinsə həvalə edib. Seşşins ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Deferred Action for Childhood Arrivals-DACA adlanan proqramına son qoyuduğunu elan edib.

XS
SM
MD
LG