Accessibility links

Tramp mühacirətlə bağlı mövqeyini yumşaldır


ABŞ prezidenti seçilmiş Donald Tramp namizəd olduğu dövrdə mühacirətlə bağlı irəli sürdüyü bəzi təkliflərini geri çəkir.

Tramp yenə də mühacirətlə bağlı qanunların gücləndiriləcəyinə söz verir. O eyni zamanda, Birləşmiş Ştatların cənubda Meksika ilə sərhədində yeni divarın tikilməsi təklifi ilə çıxış edir.

Lakin Tramp artıq sənədləri olmayan 11 milyon qeyri-qanuni mühacirin Birləşmiş Ştatlardan çıxarılması haqda çağırışlar etmir. Onun kampaniyası zamanı bütün müsəlman mühacirlərin ölkəyə girişinə qadağa haqda irəli sürdüyü təklifinə də dəyişiklik edilir. Yeni təklifdə Birləşmiş Ştatlara daxil olan insanların daha diqqətli yoxlanışına çağırılır.

Biz bu divarı tikəcəyik. Biz bunu etməliyik. Biz narkotiklərin buraya gətirilməsinə son qoymalıyıq və divar böyük faktor olacaq
Donald Tramp

Tramp prezident Barak Obamanın bəzi sərəncamlarını ləğv edəcəyini desə də, güzəştə getməyə hazır olduğunu bildirib.

O həmçinin kampaniyası zamanı ABŞ-la Meksika sərhədində divar tikmək vədinə də sadiq qaldığını deyib.

Tramp bu haqda bu yaxınlarda Viskonsin ştatında seçicilərlə görüş zamanı danışııb.

"Biz bu divarı tikəcəyik. Biz bunu etməliyik. Biz narkotiklərin buraya gətirilməsinə son qoymalıyıq və divar böyük faktor olacaq"-deyə Tramp bildirib.

Tramp eyni zamanda, sənədləri olmayan mühacirləri saxlamaqdan imtina edən şəhərlərə federal büdcədən maliyyənin kəsilməsi planını da həyata keçirməyə hazırlaşdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG