Accessibility links

Respublikaçılar Trampa Mülleri işdən çıxarmamaq üçün xəbərdarlıq edir [Video]


Respublikaçılar Trampa Mülleri işdən çıxarmamaq üçün xəbərdarlıq edir
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Prezident Donald Trampın ətrafında siyasi çaxnaşma davam edir. Son günlər ərzində Tramp xüsusi prokuror Robert Müllerin başçılıq etdiyi istintaqla bağlı tənqidlərini artırıb. Bu, ötən həftə dövlət katibi Reks Tillersonun işdən çıxarılması və respublikaçıların Pensilvaniyada keçirilən Konqres seçkisindəki məğlubiyyətindən sonraya təsadüf edib. Bu məğlubiyyət isə öz növbəsində demokratlar partiyasının noyabr ayında keçiriləcək ara seçkilərdə böyük qələbələr əldə etməsinə gətirib çıxara bilər.

Amerikalılar hərc-mərclik sevmir. Onlar Trampa bəzi şeyləri dəyişməsi üçün səs verib. Amma indi onun rəhbərliyi altında biri gedir, başqası gəlir. Bu isə Amerika xalqının xoşuna gəlməyəcək.
Ken Qud

Prezident Tramp Nyu Hempşir ştatında opioid böhranına qarşı mübarizə edəcəyini vəd edib.

“Biz sonunadək mübarizə aparacağıq. Sizə söz verirəm ki, Amerikada narkotik maddələrdən asılılıq bitəcək,” o deyib.

Trampın bu məsələyə yenidən diqqət ayırmaq qərarı onun dövlət katibi Reks Tillersonu vəzifəsindən kənarlaşdırmasından və Ağ Ev işçilərinin tez-tez dəyişməsini müdafiə etməsindən sonraya təsadüf edib.

“Dəyişiklik hər zaman olacaq və fikrimcə siz dəyişiklik görmək istəyirsiniz. Mən də fərqli ideyalar eşitmək istəyirəm. Qısa müddət öncə Larri Kudlou bizim aramıza qoşuldu və mən düşünürəm ki, Larri əla iqtisadi müşavir olacaq,” Tramp söyləyib.

Trampın müttəfiqləri onun vəzifəsinin möhkəmləndiyini deyir. Onlardan biri Nyu Cersi qubernatoru Kris Kristidir.

“Bilirsiniz məncə prezident artıq 15 aydan sonra özünü daha rahat hiss edir,” o deyib.

Lakin təhlilçi Ken Qud kimi digərləri çaxnaşmaların hələ davam etdiyini düşünür.

Prezident Donald Tramp və Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd Bin Salman
Prezident Donald Tramp və Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd Bin Salman

“Amerikalılar hərc-mərclik sevmir. Onlar Trampa bəzi şeyləri dəyişməsi üçün səs verib. Amma indi onun rəhbərliyi altında biri gedir, başqası gəlir. Bu isə Amerika xalqının xoşuna gəlməyəcək,” o deyib.

Ötən həftə Pensilvaniyada keçirilən xüsusi Konqres seçkisində demokratların qalib gəlməsindən sonra, Nümayəndələr Palatasının demokat lideri Nensi Pelosi deyib ki, o, noyabr seçkilərində də eyni nəticələri gözləyir.

“Mən inanıram ki, əgər biz qalib gəlsək, çox böyük üstünlüklə qalib gələcəyik və nəticələr Amerika xalqının xeyrinə olacaq,” Pelosi söyləyib.

Cim Kesslerin sözlərinə görə, ara seçkilər Trampa olan dəstəyin göstəricisi olacaq.

Prezidentin etimad reytingi 41 faizdir. Bu isə yaxşı deyil. Əgər o bu göstəricini artıra bilsə, məsələn, iqtisadiyyatı bir az daha yaxşılaşdırsa, həm onun reytingi, həm də prezidetnin partiyasının vəziyyəti yaxşılaşacaq.
Con Fortier

“Mən ara seçkilərin respublikaçılar üçün uğursuz keçəcəyini təxmin edirəm. Məncə onların nəticələri çox pis olacaq,” deyə o bildirib.

Con Fortier deyir ki, prezidentin aşağı etimad reytingin artması respublikaçılara yardım edəcək.

“Prezidentin etimad reytingi 41 faizdir. Bu isə yaxşı deyil. Əgər o bu göstəricini artıra bilsə, məsələn, iqtisadiyyatı bir az daha yaxşılaşdırsa, həm onun reytingi, həm də prezidetnin partiyasının vəziyyəti yaxşılaşacaq,” Fortier söyləyib.

Trampın Rusiya ilə bağlı istintaqa hücum etdiyi bir sıra tvitlər prezidentin xüsusi prokuror Robert Mülleri işdən çıxaracağına dair narahatlıqlara səbəb olub.

Amma hətta bəzi respublikaçılar belə xəbərdalıq edib ki, belə bir addım Trampın prezidentliyini təhlükəyə ata bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
please wait

No media source currently available

0:00 0:11:27 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG