Accessibility links

Tramp: Xüsusi məsləhətçi ilə Komi arasındakı dostluq narahatlıq doğurur


İlk altı ayda keçirdiyi ilk televiziya müsahibəsində prezident Donald Tramp deyib ki, onun seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri araşdıram istintaqa başçılıq edən insanın keçmiş FBI direktoru Ceyms Komi ilə dost olması “çox narahatedicidir”.

Tramp Fox News kanalının “Fox and Friends” verilişində deyib ki, “xüsusi məsləhətçi Robert Müller Komi ilə çox yaxın dostdur. Bu isə narahatlıq doğrurur”.

Şon Spayser
Şon Spayser

Ağ Evin şərhi

Ağ Evin sözçüsü Şon Spayser cümə günü müxbirlərə bildirib ki, prezident Mülleri işdən çıxarmaq səlahiyyətinə sahib olsa da, “bunu etmək niyyətində deyil”.

Komidən əvvəl FBI-ın direktoru olan Müller Tramp Rusiya ilə bağlı istintaq aparan Komini işdən çıxarandan sonra həmin istintaqa başçılıq etmək üçün Ədliyyə Nazirliyi tərəfindən xüsusi məsləhətçi təyin olub. Müller və Konqresin bir neçə komitəsi Rusiyanın Trampın qalib gəlməsinə yardım etmək üçün ötən ilki seçkiyə müdaxiləsini və Trampın ədaləti əngəlləyib-əngəlləmədiyini təhqiq edir.

Aylarca prezident Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı təhiqatları rədd edərək, Demokratların bu təhqiqatlardan Klintonun məğlubiyyətinə bəhanə olaraq istifadə etdiklərini deyirdi.

Cümə axşamı Tramp Tvitterdə onda Komi ilə söhbətlərinin səs yazılarının olmadığını yazıb. Bundan bir gün sonra isə o, Fox kanalında verdiyi müsahibədə hər zaman “doğruları” söylədiyini bildirib.

Prezident Kominin Trampın məxfi görüş zamanı FBI direktorunun ona sadiq qalmağını istədiyinə dair iddiaları inkar edir. Bu məsələ ictimailəşdiriləndə isə Tramp Tvitterdə Komi “mətbuata məlumat sızdırmadan öncə dua etsin ki, bizim danışqlarımızın səs yazısı olmasın”, deyə yazmışdı.

Mayk Konevey və Adam Şiff
Mayk Konevey və Adam Şiff

Nümayəndələr palatası komitəsinin istintaqı

Cümə günü Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin Rusiya ilə bağlı apardığı təhqiqata başçılıq edən respublikaçı nümayəndə Mayk Konvey Trampın tvitterdə yazdığı mesajın yetərli bir cavab olmadığını deyib.

Komitənin yüksək vəzifəli demokratı Adam Şiff cümə axşamı yaydığı bəyanatda Trampın Tvitterdəki şərhində Ağ Evdə danışıqların səs yazılarının olduğunu inkar etmədiyini deyib və Ağ Evin yazılı bəyanat yaymalı olduğunu bildirib.

Spayser cümə günü keçirilən mətbuat brifinqində administrasiyanın komitənin tələblərinə cavab verəcəyini deyib.

Tramp həmçinin deyib ki, o, Nümayəndələr Palatasının demokrat lideri Nensi Pelosinin öz vəzifəsində qalacağına ümid edir ki, çünki bu hal respublikaçıların xeyrinədir.

Nensi Pelosi
Nensi Pelosi

Xüsusi seçkilər

Tramp bu həftə Corciya ştatında keçirilən xüsusi konqres seçkisində respublikaçıların qələbəsini qeyd edib. Respublikaçıların maliyyələşdirdiyi kampaniya reklamları demokrat namizəd Con Ossof Nensi Pelosi ilə əlaqələndirirdi. Pelsi isə respublikaçılar tərəfindən çox liberal baxışlarına görə tənqid olunur.

Demokratlar bu seçkidə məğlub olandan sonra Pelosinin rəhbərliyi sorğulanır.

Cümə günü yayımlanan müsahibə Trampın media brifiqlərini həftədə bir dəfəyə azaltmağı və müxbirlərdən sualları öncədən təqdim etmələrini tələb etməyi planlaşdırdığı vaxta təsadüf edir.

XS
SM
MD
LG