Accessibility links

Tramp Rusiya təhqiqatı ilə bağlı xüsusi prokurorun suallarının mediaya sızmasını biabırçılıq adlandırıb


ABŞ prezidenti Donald Tramp Rusiyanın Birləşmiş Ştatlarda seçkilərə müdaxiləsini araşdıran xüsusi prokurorun suallarının mediaya sızmasını biabırçılıq adlandırıb.

New York Times qəzeti bazar ertəsi Trampın vəkillərinə təqdim edilmiş təxminən 40 sualı dərc edib. Suallar Federal Təhqiqat Bürosunun direktoru Ceyms Kominin vəzifəsindən kənarlaşdırılması və Trampın seçki kampaniyasının üzvləri ilə Moskva arasında əlaqələrə aiddir.

Təhqiqatçılar Trampın bir il bundan əvvəl Rusiya təhqiqatını apardığı zaman Komini vəzifəsindən kənarlaşdırılması ilə bağlı fikirləri ilə tanış olmaq istəyir. Müllerin komandasının həmçinin Kominin Trampın ondan keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinlə əlaqədar təhqiqata son qoymasını istəməsi ilə bağlı iddialarına dair sualları var. Flinn də Tramp tərəfindən vəzifəsindən kənarlaşdırılıb və Müllerin təhqiqatına Rusiyanın Vaşinqtondakı keçmiş səfiri ilə əlaqələrinə dair yanlış məlumat verməkdə özünü günahkar tanıyıb.

Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komi
Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komi

Suallardan məlum olur ki, Müller habelə Trampın seçki kampaniyası müddətində Nyu Yorkdakı Tramp qülləsində onun böyük oğlu tərəfindən Hillari Klinton haqqında kompromat vədi ilə rusiyalı vəkillə təşkil edilmiş görüş haqda bildiklərini öyrənmək istəyir. Trampın oğlu rusiyalı vəkilin Trampın seçkilərdə demokrat rəqidi olan Klinton haqda belə məlumatlara malik olmadığını dediyini bildirib. Lakin bundan sonra verilmiş yeni məlumatlarda Trampın 2016-cı ildəki görüşün mahiyyəti ilə bağlı aldadıcı məktubun yazılmasında rolu olduğu bildirilib.

Müller və onun komandasının Trampa bu sualları nə zaman verəcəyi hələlik aydın deyil.

Trampın vəkilləri müsahibənin mümkünlüyünü müzakirə edib, lakin hələlik heç bir razılıq əldə edilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG