Accessibility links

Tramp xüsusi prokuror Müller ilə görüşə ehtiyac olacağına inanmadığını bildirib


ABŞ prezidenti Donald Tramp deyir ki, çətin ki, onun xüsusi prokuror Robert Müller ilə görüşməsinə ehtiyac yaransın. Robert Müller Trampın prezident seçkiləri kampaniyasının Rusiya ilə əlaqələrinin olub-olmadığını araşdırır.

ABŞ prezidenti Donald Tramp: “Heç bir sözləşmə olmayıbsa və hər hansı bir sözləşmənin mövcudluğu ilə bağlı dəlil tapılmayıbsa, belə bir görüş keçiriləcəyi inandırıcı gəlmir. ”

Tramp bu şərhi çərşənbə günü Norveç baş naziri Erna Solberq ilə görüşdən sonra keçirilən mətbuat konfransı zamanı verib. O, bu təhqiqatı “demokratların uydurması” adlandırıb.

Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müllerin bir neçə aydır apardığı təhqiqat artıq dörd adama qarşı ittihamnamənin verilməsi ilə nəticələnib. Trampın bir zamanlar seçki kampaniyasının meneceri olmuş Pol Manafort və prezident milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn də onlar arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG